Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol turniri başa çatdı
07.05.2013 [14:01]
“Yeni Azərbaycan”, “Səs”, “İki sahil” qəzetlərinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda final görüşləri keçirilib
“Yeni Azərbaycan”, “Səs”, “İki sahil” qəzetləri və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş voleybol yarışlarına yekun vurulub. Dünən keçirilən final matçlarında əvvəlcə yeniyetmə qızlar arasında yarışlarda qalib müəyyənləşib. “Azəryol” arenasında keçən turnirin final mərhələsində qızlar arasında komandalardan “Azəryol” və “İqtisadçı” komandaları qarşılaşıblar. Maraqlı keçən oyunda “Azəryol” komandası qələbə qazanaraq birinciliyi əldə edib. Yalnız finalda məğlub olan “İqtisadçı” komandasının yeniyetmə qızları isə ikincliklə kifayətləniblər. Üçüncü yeri isə “Nəqliyyatçı” komandası tutub.
Daha sonra isə media nümayəndələri və Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarının komandaları arasında yarışların final görüşü baş tutub. Qeyd edək ki, media nümayəndələri və Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarının komandaları arasında yarışlara 24 komanda qatılmışdı. YAP Yasamal rayon təşkilatının komandası və YAP Nərimanov rayon təşkilatının komanadası bütün rəqiblərini qabaqlayaraq finalda üz-üzə gəlmək hüququ qazanmışdılar. Bu oyuna qədər məğlubiyyətsiz irəliləyən YAP Yasamal rayon təşkilatının komandası bu görüşdə də 3-0 hesabı ilə qalib gələrək xatirə turnirinin qalibi adını qazanıb. 3-cü yer uğrunda keçirilən oyunu isə YAP Nizami rayon təşkilatı qələbə ilə başa vuraraq medalçılar sırasına düşə bilib.
Sonuncu final qarşılaşması isə daha böyük marağa səbəb olub. Belə ki, “böyük final” adlanan matçda peşəkar voleybolçular birincilik uğrunda mübarizə aparıblar. Həmin görüşdə “Aztelekom” komandası Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandası ilə qarşılaşıb.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov qalibləri qələbə münasibətilə təbrik edib. Bu günlərdə Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ölkəmizin hər yerində müxtəlif tədbirlərin keçirildiyini deyən Əli Əhmədov bildirib ki, bütün bunlar böyük şəxsiyyətə olan dərin hörmət və ehtiramın ifadəsidir. “Heydər Əliyev siyasəti bu gün Azərbaycanda uğurla həyata keçirilir və ölkəmizin inkişafına, tərəqqisinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşı bu siyasətin bəhrəsini öz həyatlarında hiss edirlər. Ona görə də, Heydər Əliyev siyasəti Azərbaycanı inkişafa aparan yoldur və bu siyasət ölkəmizin güclənməsinə, qüdrətlənməsinə xidmət edir. Bu mənada Ümummilli liderimizin 90 illik yubileyinə həsr olunmuş tədbirlər ölkə vətəndaşlarının öz milli liderinə olan dərin ehtiramının ifadəsidir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
“Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin keçirdiyi voleybol turnirini təqdir edən Əli Əhmədov bu yarışın maraqlı mübarizə şəraitində keçdiyini deyib. O, qalib komandalara uğurlar arzulayıb.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirməyin böyük fəxr və məsuliyyətli olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Voleybol Federasiyası həmişə belə turnirlərə dəstək verməyə hazırdır.
Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət heykəli” video-çarxı nümayiş olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59

