Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Bakı-Quba-Rusiya yolunda qəza olub, xəsarət alanlar var

Bakı-Quba-Rusiya yolunda qəza olub, xəsarət alanlar var

05.04.2025 [14:42]

Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHNA) məlumat yayıb. Hadisə yerinə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Qəzada “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Ələsgərov İlham Yaqub oğlu və sərnişini 1983-cü il təvəllüdlü Şirinov Bəhruz Mikayıl oğlunu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31