Avropanın deqradasiyasını təsdiqləyən “qətnamə”...
15.03.2024 [10:40]
Korporativ maraq xatirinə beynəlxalq hüququ ayaqlayan AP-nin gizli məqsədi
Rüşvətxor imici ilə “şöhrət qazanmış” Avropa Parlamenti növbəti dəfə lokal və qeyri-hüquqi maraqların əsiri olduğunu “sübuta yetirdi”. Azərbaycana münasibətdə hər zaman ikili standart müstəvisində yanaşma sərgiləyən qurum Ermənistana qarşı “cəlbetmə” kampaniyasını davam etdirməyə “qərar verib”. Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib. “Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamə layihəsində deyilir. Avropa Parlamenti hətta İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dayandırılmasına istinad edib.
Tezislər Azərbaycana qarşı aparılan kampaniya ilə “uzlaşır”...
Bəli, AP-nin mahiyyəti dəyişməyən, heç bir hüquqi qüvvəyə malik olmayan bu kimi “qətnamələri” sırasına növbətini əlavə etməsi təəccüblü görünməməlidir. Regionun real mənzərəsinə təsir imkanlarının tam şəkildə itirildiyi bir zamanda AP bu kimi “qətnamələr” ilə Ermənistanı şirnikləndirib “özünə tərəf” çəkməyə çalışır. Adı “Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” olsa da, qətnamə bu sülhün bağlanması üçün ən böyük maneələrin ortaya atılması üçün real zəmin formalaşdırır.
Birincisi, bu “sənəddə”ki məqamların hər biri Azərbaycana qarşı aparılan kampaniyanın tezisləridir. Bu isə onu göstərir ki, “qətnamə” heç də avroparlamentarilərin “siyasi müzakirələrinin” deyil, erməni lobbisinin arzularının təcəssümüdür. Başqa sözlə, “qətnaməni” labüd edən hal ermənipərəst maraqların, lobbinin yenidən bu kimi göstəriş verməsidir. Bunun isə səbəbləri var:
- Azərbaycan son dövrlərdə atdığı addımlarla yerləşdiyimiz regionun beynəlxalq əhəmiyyətini artırır;
- Bölgədəki stabil durum cəlbediciliyi ilə göz oxşayır;
- İqtisadi - ticari yol, rentabelli və rəqəmsal daşımacılıq imkanları real olaraq təşviq edilir;
- Son 4 ildə bölgədə yeni siyasi-hərbi situasiya yaratmış Azərbaycan indi də Avroasiyanın mərkəzində yeni iqtisadi nizam formalaşdırır.
Bütün bunlar isə Avropadakı erməni lobbisinin və ermənipərəst dairələrin maraqları ilə uzlaşmır. Çünki bölgədə yaranacaq yeni balans Azərbaycanın qaydalarına əsasən nizamlanacaq - ən real oyunçu kimi iqtisadi əlaqələrin formatını Azərbaycan təyin edəcək.
Şirin və aldadıcı “vəd”...
Ermənistana yönəlik “sözvermələrin” arxasında dayanan maraq da bütün parametrləri üzrə ortadadır. Bölgəyə təsir imkanları aradan qalxmış Qərb Ermənistana boş-boş ümidlər verərək onu özünün alətinə çevirmək istəyir. Ermənistan cəmiyyəti isə anlamalıdır ki, Qərbin verdiyi “silah” onun özünün məhvinə yönəlir. Bölgədə diskomfort axtarmaq üçün istifadə ediləcək İrəvan bununla nə qazana bilər - heç bir şey. Əksinə, sosial problemlər daha da çoxalacaq, iqtisadiyyatın zəifləməsi prosesi sürətlənəcək, ümumi inkişaf tempindən geriqalma statistikası böyüyəcək. “Ai üzvlüyünə namizəd” olmaq vədi isə Ermənistan üçün yalançı bir nağıldır. Birincisi, Ermənistan “namizədlik” almaq üçün lazımi parametrlərə uyğun gəlmir. İkincisi, hətta “namizədlik” alsa da, on illərdir “sıra gözləyən” ölkələrin cərgəsinə qatılacaq. Sadəcə olaraq, Qərb bu “statusu” verməklə Ermənistanı tam şəkildə özündən asılı vəziyyətə salacaq. İrəvan ətrafındakı post-sovet məkanında Qərbin şirin nağıllarına inanan ölkələrin aqibətini görməli və bundan nəticə çıxarmalıdır.
AP yeni “oyununu” İrəvan üzərindən oynamağa çalışır...
Avropa Parlamentinin bu “qətnaməsi” əsl mahiyyətinə görə, “daldan atılan daş” xarakteri daşıyır - yəni, Azərbaycanın yaratdığı reallıqları dəyişmək gücü olmasa da, guya özünün “mövqeyini” ortaya qoyur. Kənardan fərqli və bir az da əcaib görünsə də, AP-ni bu addıma vadar edən səbəb bütövlükdə indiyə qədər aparılan kampaniyaların fiaskoya uğraması olub. AP və onun timsalında bir sıra Avropa strukturları Azərbaycan ilə açıq savaşda məğlub olub - diplomatik masalarda Azərbaycanın haqlı və ədalətli mövqeyi qələbə qazanıb. Bunun üçün də indiki halda AP öz oyununu məhz Ermənistan üzərindən qurmağa çalışır. Hətta ifşa bahasına olsa da Avropanın “demokratik strukturları” separatizmi yenidən təşviq “qərarı” aldığını dolayısı ilə təsdiqləyir. Bu, AP-nin timsalında Avropa dəyərlərinin iflasıdır. Başda AP olmaqla Avropa təsisatları 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qərarlarını, qətnamələrini, fikirlərini təkzib edirlər. Özlərini bu dərəcədə gülünc bir vəziyyətə salan AP-nin marağı xatirinə hətta beynəlxalq hüquqa qarşı gəlməsi təəssüf doğurur.
Bu fakt bütövlükdə AP üzvlərinin əsl mahiyətindən xəbər verir. Bu “deputatlar”ın hansı maraqdan iərli gələrək bu kimi “qətnamələr” qəbul etməsi isə sirr deyil - zaman-zaman bu qurumun aparıcı şəxsləri haqqında üzə çıxan korrupsiya faktları hər şeyi açıq şəkildə göstərir. Avroparlamentin ölkələrə münasibətdə fərqli “standartlara” əsaslandığı elə “qoca qitə”nin sərhədləri daxilindəki ölkələr tərəfindən də etiraf olunur. Təsadüfi deiyl ki, ötən ay Avroparlamentin bəzi üzvləri qurumun ölkələrə münasibətdə fərqli standartlardan çıxış etdiyini, müti, sözəbaxan ölkələrə qarşı hər hansı bir “qətnamələrin” qəbul edilmədiyini etiraf etmişdilər. Bu fakt isə onu göstərir ki, Avropa Parlamenti kimi qurumların davranışları elə öz üzvləri tərəfindən ifşa edilir. Bu qurumların milli maraqlarını əsas götürən, müstəqil siyasi xəttə əsaslanan dövlətlərə hansı standartlar üzrə yanaşması ortadadır...
AP niyə Avropanın “dərdinə qalmır”?
Bəli, Avrasiyanın mərkəzində günü-gündən möhkəmlənən, siyasi, iqtisadi və hərbi potensialı inkişaf edən, regionun yeni inkişaf mərhələsini yaradan və Azərbaycan-Türkiyə birliyinin simvolizəsi kimi xarakterizə olunan güc mərkəzindən qaynaqlanan qorxu ilə isterik davranışlara yol verən Avropa İttifaqı özünü ifşa edir. Amma AP anlamalıdır ki, bu kimi davranışları ilə Qərbin ənənəvi “demokratiya” yalanlarının cəlbedicilik fazini aşağı salır. Axı bu bir həqiqətdir ki, Qərb heç də özünün iddia etdiyi kimi humanist dəyərlərə malik, demokratik anlam daşıyan, tolerant cəmiyyət deyil - tam əksinə, diskriminasiyaların daha çox nəzərə çarpdığı, irqi və dini ayrı-seçkiliklərin, “religionfobiaların” yaşandığı coğrafiya kimi xarakterizə olunur. Bu məsələ hələ də davam edir - Fransa və ya başqa dövlətlərin simasında bunu sübut etmək çox asandır. Avropa Parlamenti artıq beynəlxalq gündəlikdən düşmüş və ikitərəfli xarakter daşıyan Azərbaycan - Ermənistan münasibətlərinə müdaxilə etməkdənsə, öz içindəki əyrilikləri düzəltməyə cəhdlər göstərməlidir. Ksenofobiya və ekstremizmin at oynatdığı Avropa qondarma “ittihamlarla” onsuz da yerlərdə sürünən imicinin daha da korlanmasına çalışmamalıdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34

