Azərbaycan hökuməti sahibkarlığa güclü dövlət dəstəyi göstərir
06.03.2012 [00:18]
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətə qabiliyyətli məhsulların istehsalı, həmçinin, digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.
Azərbaycan Prezidenti İlham Əliyev daima sahibkarlıq sektorunun inkişafına dəstək olub, bu sahədə əsassız yoxlamalar aparmaq istəyən orqanlara qarşı sərt və amansız olacağını bəyan edib. Dövlət başçısı dəfələrlə bildirib ki, sahibkarların fəaliyyətinə müdaxilə etmək olmaz. Yerli və xarici iş adamlarının fəaliyyətinə bəzi dövlət orqanları tərəfindən əsassız müdaxilə hallarına son qoyulmalıdır. ölkə başçısı dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrə son qoymaları barədə xəbərdarlıq edərək bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılmalıdır.
Həyata keçirilən bu məqsədyönlü tədbirlər sahibkarlıq sektorunda da yüksək inkişaf göstəricilərinin qeydə alınmasına səbəb olub. 2011-ci ilin əvvəllərindən başlayaraq hökumətin sahibkarlara maliyyə dəstəyinin gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması bu sahədə inkişaf meyillərinin müşahidə olunması ilə nəticələnib. Bu tendensiya həm sahibkarlıqla məşğul olmaq istəyənlərin sayının, həm də həyata keçirilən investisiya layihələrinin miqyasının genişlənməsini stimullaşdırıb. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilib.
ötən il investisiya layihələrinin güzəştli kreditləşdirilməsi davam etdirilib, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, o cümlədən, xüsusilə kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını daha da artırıb. 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilib ki, həmin kreditlər hesabına 6500-dək yeni iş yeri yaradılacaq. Kreditlərin 75 faizi regionlara, 25 faizi isə Bakı qəsəbələrinə verilib, vəsaitlərin 25 faizi dövlət büdcəsindən, 75 faizi isə əvvəl verilmiş və il ərzində geri qaytarılan kredit vəsaitləri hesabına təmin edilib. Güzəştli kredit vəsaitlərinin 80 faizi aqrar sahənin inkişafına, o cümlədən, 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 16 faizi aqrar sahənin infrastruktur təminatına yönəldilib. Verilmiş kreditlər hesabına ötən il müasir texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü iri layihəyə start verilib. 2011-ci ildə Fondun güzəştli kreditləri hesabına yaradılmış 33 istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, icra strukturlarının rəhbərləri sahibkarlığa daim dəstək verməli, onların daha fəal çalışmaları üçün lazım olan bütün şəraiti yaratmalıdır: “Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.
Prezident İlham Əliyev sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və yeni layihələrin icrası sayəsində yerli istehsalın artacağını və ölkəmizin milli sahibkarlıq subyektlərinin xarici bazarlarda öz mövqelərini möhkəmləndirəcəyinə əmin olduğunu da diqqətə çatdırıb.
Onu da qeyd edək ki, sahibkarlığa dövlət dəstəyi 2012-ci ildə daha da gücləndiriləcək, maliyyə təminatı genişləndiriləcək. Dövlət Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri, eləcə də, maliyyə-kredit təşkilatlarının, bankların, Kənd Təsərrüfatı üzrə Kredit Agentliyinin və digər qurumların güzəştli şərtlərlə verilən kreditləri hesabına 100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması üçün davamlı tədbirlər həyata keçiriləcək. Bu tendensiya sahibkarların aldıqları vəsaitlər hesabına gəlir əldə etdiklərini və kreditləri geri qaytarmaq imkanlarına malik olduğunu təsdiqləyir. Hər il geri ödənilən kreditlər isə əlavə maliyyələşmə üçün əlverişli şərait yaradır. Bu isə növbəti illərdə sahibkarlara daha çox kredit verilməsini şərtləndirir.
Sahibkarlara verilən kreditlərin 99 faizi regionların payına düşür. Bu isə bölgələrdə sahibkarlıq fəaliyyətinin daha da inkişafına geniş imkan yaradır. Son illərdə rayonlarda yüzlərlə yeni istehsal sahəsinin yaradılması və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artması milli sahibkarlıq sektorunun yüksək inkişafının göstəricisidir. Beləliklə, bölgələrdə sahibkarlığın intensiv inkişafı hər il daha geniş vüsət alır və bu tendensiya qarşıdakı illərdə yeni nailiyyətlərin əldə olunmasına impuls verir.
İqtisadiyyat şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

