Prezident İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişanı qəbul edib
10.02.2012 [20:53]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Albaniyanın Baş naziri Sali Berişanı qəbul edib.
Baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd edib.
Albaniyanın Baş naziri Sali Berişa Azərbaycana səfər etməsindən böyük şərəf duyduğunu deyib. Albaniyalılar üçün Azərbaycanın dost ölkə olduğunu vurğulayan Baş nazir bildirib ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa Albaniya İctimai Televiziyasının müxbirinin sualına cavab veriblər.
Prezident İlham ƏLİYEV: Bizim çox yaxşı münasibətlərimiz, möhkəm əlaqələrimiz vardır. Biz cənab Baş nazir ilə müxtəlif beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Lakin biz ilk dəfədir ki, Azərbaycanda görüşdük. Mən cənab Baş naziri bir neçə dəfə səfərə dəvət etmişəm və onu burada görməyimdən şadam. Bu gün biz bir çox məsələlərə - siyasi əməkdaşlıq, iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığa dair geniş müzakirələr apardıq. Bütün bu məsələlərə dair fikirlərimiz üst-üstə düşür. Şübhəm yoxdur ki, bu səfərdən sonra biz ölkələrimiz arasında əlaqələrin daha sürətli inkişafının şahidi olacağıq və çox gözəl nəticələr əldə edəcəyik.
Baş nazir Sali BERİŞA: Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Səfərimin əsas məqsədi iki ölkə arasında dostluq əlaqələrini və münasibətləri daha da möhkəmləndirməkdir. Mənim üçün, Albaniya xalqı üçün Azərbaycan yaxın dost ölkədir. Mən cənab Prezident İlham Əliyev ilə əvvəllər olduğu kimi, bu dəfə keçirdiyim səmimi görüşdə də eyni mühitin, isti münasibətin və iradənin şahidi oldum. Mən cənab Prezidenti Albaniyaya səfərə dəvət etmişəm və onunla tamamilə razıyam ki, bundan sonra da iki ölkə arasında münasibətlərdə yeni səhifələrin açılması üçün daha da sıx işləyəcəyik.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa birgə nahar ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24

