/ / Prezident İlham Əliyev Uşaq Nevroloji Xəstəxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Uşaq Nevroloji Xəstəxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub
28.12.2011 [16:48]
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycanda ilk dəfə 1969-cu ildə uşaq nevroloji kursları açılıb. Sonradan həmin kurslar əsasında 150 çarpayılıq xəstəxana yaradılıb. 1980-ci ildə isə Əməkdar elm xadimi, professor Törə Qədirovanın təşəbbüsü və ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Uşaq Nevroloji Xəstəxanası üçün 300 çarpayılıq yeni bina tikilib. Xəstəxananın açılış mərasimində Ulu öndər Heydər Əliyev iştirak edib.
Prezident İlham Əliyev və xanımı foyedə Ulu öndər Heydər Əliyevin iştirakı ilə xəstəxananın 1980-ci ildə açılışını, eləcə də dövlətimizin başçısının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafındakı xidmətlərini əks etdirən fotolara baxıblar.
Məlumat verilib ki, SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda istifadəyə verilən Uşaq Nevroloji Xəstəxanasında ötən müddətdə bir neçə dəfə təmir işləri aparılsa da, son dövrlərdə bina yararsız vəziyyətə düşmüşdü. ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsinə dair Dövlət proqramlarına uyğun olaraq xəstəxananın altımərtəbəli binasında bu ilin fevralında başlanılmış əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə yerinə yetirilib.
Dövlətimizin başçısı və xanımı xəstəxananın birinci mərtəbəsindəki kompyuter tomoqrafiyası kabineti ilə tanış olublar. Bildirilib ki, burada quraşdırılan müasir avadanlıq tez və dəqiq diaqnoz qoymağa imkan verəcək. Birinci mərtəbədə, həmçinin intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabineti və laboratoriyalar fəaliyyət göstərir.
Altıncı mərtəbədəki müalicə-bərpa şöbəsi ilə tanışlıq zamanı bildirilib ki, burada ayrıca müalicə-bədən tərbiyəsi salonu yaradılıb. Lazımi avadanlıqla təchiz edilən salonda uşaqlar sağlamlıqlarını bərpa edəcəklər. Burada, həmçinin psixoloq otağı, tibb bacısı kabineti, müayinə otaqları və inzibati otaqlar, eləcə də müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik akt zalı var. Masaj və fizioterapiya kabinetlərindəki avadanlıq da ən son texnologiyalara uyğundur.
Sonra dövlətimizin başçısı və xanımı ikinci mərtəbədəki intensiv terapiya şöbəsində yaradılan şəraitlə maraqlanıblar. Bildirilib ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyator və sair avadanlıq quraşdırılıb.
Qeyd olunub ki, tibb ocağının üçüncü mərtəbəsində ümumi nevroloji, dördüncü mərtəbədə isə neyroneatoloji - yeni doğulan uşaqların patologiyası şöbəsi yerləşir. Xəstəxanada gündüz stasionar şöbəsi də fəaliyyət göstərəcək.
Bütün otaqlar və palatalar uşaqların zövqünə uyğun tərtib olunub. Balacaların müayinəsi və müalicəsi zamanı onların əyləncəsi, rahat qidalanmaları da nəzərə alınıb. Nevroloji qüsurları olan uşaqların müayinəsi və müalicəsi burada yüksək səviyyədə həyata keçiriləcək.
Vurğulanıb ki, 80 çarpayılıq bu müasir tibb ocağında xəstələrə 65-i həkim olmaqla 250-dən çox tibbi heyət xidmət göstərəcək.
Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29

