Azərbaycanda idmanın voleybol növü çox uğurla və sürətlə inkişaf edir
19.10.2011 [18:49]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətərin paytaxtı Dohada keçirilmiş klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət “Rabitə” voleybol klubunun üzvlərini qəbul edib. Prezident İlham Əliyev qazanılmış qələbə münasibətilə voleybolçuları təbrik edərək deyib: “Mən sizi ürəkdən salamlayıram və böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. “Rabitə” voleybol komandası dünya çempionatında böyük uğur əldə edərək çempion adını qazanmışdır. Bu, böyük qələbədir. Sizin qələbənizdir. Azərbaycan idmanının qələbəsidir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Mən bilirəm ki, “Rabitə” komandası dünya miqyasında çox güclü komanda kimi özünü artıq təsdiq etmişdir. Keçən Avropa çempionlar Liqasında final mərhələsinə gəlib çatmışdır. Bu qələbə isə bir daha komandanın gücünü göstərir və bizim hamımızı ürəkdən sevindirir.
Bütövlükdə Azərbaycanda idmanın voleybol növü çox uğurla və sürətlə inkişaf edir. çox gözəl ənənələr vardır. Milli komandamız da yaxşı nəticələr göstərir və dünyanın ən güclü komandaları ilə bərabər səviyyədə oyun nümayiş etdirir. Qələbələr də var, məğlubiyyətlər də vardır. Klublar səviyyəsində isə vəziyyət daha da yaxşıdır. Bizim bir neçə gözəl klublarımız var və onların arasında əlbəttə, “Rabitə” komandası ən yüksək zirvəni fəth etmişdir.
Bir daha sizi ürəkdən təbrik edirəm. Siz bütün idman azarkeşlərini, Azərbaycan xalqını sevindirmisiniz. Bizim idmanla bağlı bütün təşəbbüslərimizin ən gözəl nəticəsi, bax, bu, böyük qələbədir. Həm klubu, həm federasiyanı, idman mütəxəssislərini təbrik edirəm. Bu, ümumi qələbədir, əlbəttə ki, ilk növbədə oyunçuları təbrik edirəm”.
“Rabitə” klubunun kapitanı Nataliya Məmmədova müxtəlif yarışlarda voleybolçulara verdiyi dəstəyə və bütövlükdə Azərbaycanda voleybolun inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına idmançıların minnətdarlığını çatdırıb. Qeyd edib ki, komandanın uğuru bütün Azərbaycanın uğurudur. “Rabitə” komandasının dünya voleybol klubları arasında birinci yeri tutması isə voleybolçuların Azərbaycan idmanına töhfəsidir.
Komandanın kapitanı üzərində klub üzvlərinin imzası olan topu Prezident İlham Əliyevə hədiyyə edib.
Dövlətimizin başçısı voleybolçularımızın müxtəlif dünya miqyaslı yarışlarda uğurla çıxış etdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın voleybol ənənələrindən danışarkən bildirib ki, on bir il bundan əvvəl ölkədə yalnız bir voleybol klubu vardı, indi isə ölkə çempionatında yeddi güclü komanda iştirak edir. “Rabitə” klubunun qazandığı qələbə isə beynəlxalq miqyaslı komanda yarışlarında əldə edilən ən böyük nəticədir. Bu, onu göstərir ki, ölkəmizdə voleybol dünya səviyyəsindədir.
Voleybol üzrə milli komandanın baş məşqçisi Faiq Qarayev Azərbaycan voleybolunda uğurların təməlinin məhz dövlətimizin başçısı tərəfindən qoyulduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin idmançılarla daim təmasda olmasını, onlara verdiyi dəstək və tövsiyələrin qazanılan qələbələrə xüsusi stimul verdiyini söyləyib.
Faiq Qarayev voleybol üzrə milli yığma komandanın planları barədə də dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev bildirib ki, idmanda əldə edilən uğurlar, həmçinin çoxlu sayda müasir Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ölkəmizdə yüksək səviyyəli yarışların keçirilməsinə geniş imkanlar açıb. Bu yaxınlarda Bakıda keçirilən boks üzrə dünya çempionatına toxunan dövlətimizin başçısı bildirib ki, yüzdən çox ölkənin təmsil olunduğu yarışların yüksək səviyyədə təşkili bunu yerində sübut edib.
Prezident İlham Əliyev klubun üzvlərini bir daha təbrik edib.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

