Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

17.10.2011 [12:19]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bütün sahələrdə yaxşı nəticələrin olduğunu deyib. İtaliyaya səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. İqtisadi sahədə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı İtaliya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Parlamentlərarası əlaqələrin yaxşı tarixə malik olduğunu deyən Prezident İlham Əliyev İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin ölkəmizə səfərinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin dövlət başçısı ilə görüşdən başlamasından məmnunluğunu bildirib. Xanım Rossana Boldi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, ikitərəfli münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30