İlham Əliyev: Qərarlar burada - Bakıda mənim tərəfimdən verilir
18.08.2023 [00:01]
Müasir Azərbaycan bu gün özünün ən güclü, ən qüdrətli dövrünü yaşayır. Regional və qlobal layihələrin təşkilatçısı qismində çıxış edən Azərbaycan müasir çağırışlara tam cavab verir. 44 günlük Vətən müharibəsində qazandığı qələbə isə ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı yeni regional reallıqların formalaşması ilə yadda qaldı. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin ən mühüm aktorlarından biri sayılır. Dünyanın aparıcı reytinq agentlikləri, beynəlxalq güclər Azərbaycanın son illərdə nail olduğu mütərəqqi inkişafı etiraf edir və dəyərləndirirlər. Bunun nəticəsidir ki, Azərbaycan qısa zamanda Avropanın enerji təhlükəsizliyində, Cənubi Qafqazın təhlükəsiz inkişafında, regional sabitliyin formalaşdırılmasında, Qərb-Şərq iqtisadi aortasının yaradılmasında, Orta Dəhliz kimi mühüm və strateji layihənin ərsəyə gəlməsində əsaslı rol oynadı. Azərbaycan bütün bu inkişafa qısa zaman kəsiyində nail oldu - hətta yaşadığı mühüm problemlərə, 30 ilə yaxın işğaldan əziyyət çəkməsinə baxmayaraq bu nailiyyətlərə imza atıldı.
Ermənistan hələ də “qapı” döyür...
Azərbaycan qalib olduğu halda post-müharibə dövründə belə sülh gündəliyinə sədaqət nümayiş etdirdi. Ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi müddəalar isə Azərbaycan tərəfindən yaradılan ədalət mənzərəsini bir daha ortaya çıxarmaqla yanaşı, beynəlxalq hüquqa söykənməyi ilə seçilir. Azərbaycan hər zaman bəyan edib ki, dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması ən vacib məsələlərdəndir. Eyni zamanda, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdən irəli gələn addımlar da münasibətlərin gələcək inkişafı üçün əsas açarlardandır.
Amma Ermənistan səmimi şəkildə sülhə tərəf irəliləmək yerinə yenə də fərqli bəhanələr “axtarır”, manipulyasiyalara əl atmağa niyyətlənir. Məğlub Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyür”. Son bir neçə ayda Laçın dövlət sərhəd buraxılış məntəqəsi ətrafında Ermənistanın yaratmağa çalışdığı süni şou da BMT TŞ müstəvisində fiaskoya uğradı. Artıq bütün beynəlxalq instansiyalar, bütün dövlətlər Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı iddiaların əsassız olduğunu təsdiqləyir, Azərbaycanın mövqeyini dəstəkləyir. Hətta Ermənistanın havadarları belə etiraf edirlər ki, Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur. Bu baxımdan da, sülh prosesinin irəlilədiyi bir vaxtda yeni təxribatlar törətmək, siyasi gündəmi uzatmağa çalışmaq cəhdləri yaxşı heç nə vəd etmir...
Dəmir yumruq yerindədir...
Sülh iki tərəfin razılaşmasıdır - Azərbaycan sülhün tərəfdarı qismində çıxış etsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi buna açıq şəkildə mane olur. Ermənistan özünün əsassız iddialarından əl çəkməli və sülhə razılaşmalıdır - sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də vasitəçi tərəflər üçün aydındır. Bu ölkənin mövqe(sizli)yi ona baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident İlham Əliyev bir müddət öncə yerli televiziyalara müsahibəsində bildirmişdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər: “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.
Azərbaycanın izni olmadan...
Beləliklə, 10 noyabr kapitulyasiyasına imza atan Ermənistan isə dayaq axtarışına çıxmaqla özünə ən böyük pisliyi edir, yeni reallıqları dərk etmədiyini ortaya qoyur. Təbii ki, regionda marağı olan ölkələr, hətta Rusiya da anlayır ki, Ermənistanın başqa çıxış yolu yoxdur - Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına əməl etməyən, hər iki vasitəçinin moderatorluğu ilə keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan səsləndirdiyi vədlərdən boyun qaçırır. Bu isə həmin ölkənin davranışlarının qeyri-adekvat olduğunu göstərir. BMT TŞ-dakı son müzakirələr bir daha təsdiqlədi ki, sülh gündəliyi Azərbaycanın mövqeyi ilə uzlaşdırılır. Ermənistana isə sonda bu qərara imza atmaq düşəcək. Rəsmi İrəvan nə qədər çalışsa da, başqa yolu yoxdur. İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib - Azərbaycan yeni əməkdaşlıq platformalarını təsis etməkdədir. Artıq Azərbaycan - Türkiyə birliyi regionun aparıcı güc mərkəzinə çevrilib. Bütün parametrlər üzrə müttəfiqlik əlaqələrinə malik iki ölkə bölgənin siyasi-iqtisadi inkişafının yönünü məyyənləşdirir. Bu amil, həm də onu deməyə əsas verir ki, regionla bağlı veriləcək qərarlarda, atılacaq addımlarda Azərbaycanın rəyi əsas götürüləcək. 2021-ci ilin oktyabr ayında İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın mövqeyini açıqlamışdı: “Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir”
Azərbaycanın izni olmadan heç bir addım - nə siyasi, nə də iqtisadi müstəvidə addım atıla bilməz. Bu isə qalib ölkənin ortaya qoyduğu qətiyyətdən irəli gəlir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

