/ / Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli və 181 nömrəli orta məktəblərin binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli və 181 nömrəli orta məktəblərin binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
10.09.2011 [10:44]
Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olmaq üçün bu təhsil ocağına gəlib. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyev mayın 12-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olarkən sakinlər 123 nömrəli orta məktəbin binasının əsaslı təmir olunmasını dövlət başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev məktəbin binasının əsaslı şəkildə təmir və bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqlarına əsasən 123 nömrəli orta məktəbin binası qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edilib. Məktəbin ayrı-ayrı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar tamamilə yenidən qurulub, döşəmə və tavan dəyişdirilib, fasadı bərpa edilib. Məktəb ən müasir kompyuter avadanlığı ilə təchiz edilib. Məktəbin idman meydançası da əsaslı şəkildə yenidən qurulub. Burada idman dərslərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində 181 nömrəli orta ümumtəhsil məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, məktəbin binası 1965-ci ildə inşa edilib, 4 hektar ərazisi var. 964 şagird yerlik 181 nömrəli məktəbdə 1514 şagirdin təhsil aldığı, dərslərin iki növbə üzrə tədris olunduğu qeyd edilib. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46

