Mən ölkəmizin bütün klublarına azarkeşlik edirəm
09.09.2011 [11:10]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verib ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanda nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Son illərdə ölkədə futbolun inkişafı ilə bağlı görülən işlər də təqdirəlayiqdir. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olub. Bunun ardınca paytaxtda daha bir mühüm futbol kompleksinin - “Bakı” futbol klubunun təlim-məşq bazasının tikilməsi idmanın bu növünün inkişafı istiqamətində atılan vacib addımlardan biridir.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın məqsədi də ölkəmizdə idmanın bu növünün sürətli inkişafına, o cümlədən respublikamızın beynəlxalq çempionatlarda yüksək səviyyədə təmsil edilməsinə nail olmaqdır.
Təlim-məşq bazası ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildir. Onlardan üçü təbii, ikisi süni örtüklüdür. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdır.
Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdır. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdir. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdır. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanıb. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcək.
Sonra dövlətimizin başçısı təlim-məşq bazasının mətbuat mərkəzində yaradılan şəraitlə tanış olub. Mərkəzdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş olunur. Burada mətbuat işçilərinin fəaliyyəti üçün nəzərdə tutulan 100 nəfərlik zalda hər cür şərait yaradılıb. Mərkəz tam avtomatlaşdırılıb, texniki təchizat yüksək səviyyədə təmin edilib. “Bakı” futbol klubunun müxtəlif vaxtlarda qazandığı uğurları əks etdirən kubok və medallar da mərkəzə gələn qonaqlara nümayiş etdirilir.
Bildirilib ki, Azərbaycanda uşaq futbolunun inkişafı diqqət mərkəzindədir. “Bakı” futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdır. Bunun üçün seçmə üsulu ilə “Bakı” futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədirlər. Qeyd olunub ki, bu gün “Bakı” futbol klubu bütün yaş qrupları üzrə daxili çempionatlarda uğurla təmsil olunur. Hətta, kompleksin ərazisində çimərlik futbolunun inkişafı da diqqətdən kənarda qalmayıb, burada qum örtüklü meydança yaradılıb.
Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış olub. Məlumat verilib ki, kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılıb, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılıb. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psoxoloji hazırlığı ilə məşğul olurlar.
İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, kinozal, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılıb. Bildirilib ki, hazırda akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan “Bakı” futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb. “Bakı” Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridir.
Komplekslə tanışlıqdan sonra “Bakı” futbol klubunun üzvləri və məşqçilərlə görüşən Prezident İlham Əliyev onları salamlayaraq deyib: “Mən sizi gözəl bazanın yaradılması ilə əlaqədar təbrik edirəm. Görülən işlər təqdirəlayiqdir. “Bakı” futbol klubunun təcrübəsi və təşəbbüsü dəstəklənməlidir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanın bütün klublarının belə gözəl infrastrukturu olacaqdır”.
“Bu qurğu həm Azərbaycanda, həm də bütün regionda ən yaxşı komplekslərdən biridir”, - deyən Prezident İlham Əliyev yığma komandamızın son vaxtlar layiqli futbol nümayiş etdirməsinin onu sevindirdiyini bildirib. “Mən ölkəmizin bütün klublarına azarkeşlik edirəm”, - söyləyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, onlar Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.
Prezident İlham Əliyev bildirib ki, burada yaradılan şərait klub rəhbərliyinin və futbol ictimaiyyətinin idmanın bu növünə olan münasibətinin nəticəsidir. Milli komandada nəsillərin dəyişməsi prosesinin uğurla getdiyini diqqətə çatdıran dövlətimizin başçısı, yaradılan yüksək şəraitlə müsbət nəticələrə nail olmağın mümkünlüyünü qeyd edib.
FİFA prezidentinin son illərdə üç dəfə Azərbaycanda olduğunu və onun ölkəmizə dəstək verdiyini vurğulayan Prezident İlham Əliyev sonda “Bakı” futbol klubuna uğurlar və yeni qələbələr arzulayıb.
Klubun baş məşqçisi Aleksandr Starkov regionlardan yığılan və bütün təbəqələrdən olan ailələrin uşaqlarının məşq prosesinə cəlb edildiyini, onlar üçün bütün imkanların yaradıldığını deyib və bunu dövlətin idmana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. O, klub üzvləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlətimizin başçısına “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50

