/ / Prezident İlham Əliyev Bakıdakı 189 və 150 nömrəli məktəblərin binalarında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Bakıdakı 189 və 150 nömrəli məktəblərin binalarında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub
17.08.2011 [01:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Səbail rayonundakı 189 və Yasamal rayonundakı 150 nömrəli orta ümumtəhsil məktəblərinin binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqrama əsasən Bakı şəhərində 111 təhsil obyektinin əsaslı təmirinə başlanılıb. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.
Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı Eldar Məmmədov adına 189 nömrəli orta ümumtəhsil məktəbində aparılan yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, 1200 şagird yeri olan 189 nömrəli məktəbin binası 1934-cü ildə inşa edilib, dörd mərtəbədən ibarətdir. Məktəbin binası 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbdə dərslər iki növbədə keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tədbirlər planına uyğun olaraq 189 nömrəli təhsil ocağında da əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Məktəbin bütün sinif otaqları yüksək standartlara uyğun təmir edilir, qapı və pəncərələr yeniləri ilə əvəz olunur, döşəmə və tavan ən müasir səviyyədə yenidən qurulur. Əsaslı təmir işlərindən sonra binanın yeni dərs ilində istifadəyə veriləcəyi nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbə gəlib. Burada da görülən işlər barədə Prezidentə məlumat verilib. Bildirilib ki, 150 nömrəli orta məktəbin binası hər biri ikimərtəbəli iki korpusdan ibarətdir. Korpuslardan biri 1897-ci ildə, digəri isə 1937-ci ildə inşa edilib. Məktəbdə 650 şagird təhsil alır. Korpuslardan birində 8 sinif otağı tamamilə yararsız vəziyyətə düşdüyündən məktəbdə dərslər iki növbədə tədris olunurdu. Əsaslı bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, yararsız vəziyyətdə olan 8 sinif otağı istifadəyə verildikdən sonra dərslər yenidən bir növbədə tədris olunacaq. Məktəbin korpuslarını birləşdirən keçid tamamilə yararsız vəziyyətdə olduğundan sökülərək yenidən inşa edilir.
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45

