Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlıq həyata keçirilir
02.07.2011 [10:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin ölkəmizə səfərinin uğurlu olacağını deyib və səfərin Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinin gücləndiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verdiyini deyib.
Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirən dövlətimizin başçısı siyasi sahədə əlaqələrin gücləndiyini vurğulayıb. Azərbaycan Prezidenti iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələrin icra edildiyini və gələcəkdə bu istiqamətdə daha da fəal əməkdaşlıq etməyin zəruriliyini bildirib.
Mədəniyyət və humanitar sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu sahədə əməkdaşlığı genişləndirməyin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran əlaqələrinin ölkələrimizlə yanaşı, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün də mühüm əhəmiyyət daşıdığını deyib. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin zəruriliyini bildirib.
Əli Laricani İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Sonuncu dəfə Azərbaycana 14 il bundan əvvəl səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayaraq bunu Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətin nəticəsi kimi dəyərləndirib və əldə olunan nailiyyətlərə görə dövlət başçısını təbrik edib.
İran-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu deyən Əli Laricani Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərdə yeni səhifənin açılmasında xüsusi rolunu qeyd edib. İran İslam Şurası Məclisinin sədri İran ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

