Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib
30.06.2011 [10:42]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak ediblər.
İnşaatçılar və Tennis Akademiyasının əməkdaşları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsib.
Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlətimizin başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də, konsert proqramlarının təşkil edilməsi üçün hər cür şərait yaradılıb.
Böyük zövq və ustalıqla qurulan mərkəzi kortda beynəlxalq yarışların təşkili, o cümlədən, yeniyetmə və gənc idmançıların tennislə məşğul olmaları üçün bütün imkanlar var.
Qeyd edilib ki, 3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir materiallardan, kompakt laminatlardan istifadə olunub.
Mərkəzi kortla tanışlıq zamanı gənc tennisçilərin oyununu izləyən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançılarla görüşərək söhbət ediblər. Bildirilib ki, Tennis Akademiyasına maraq böyükdür. Bu idman ocağına müraciət edənlərin sayı getdikcə çoxalır. Artıq burada beynəlxalq miqyaslı yarışlar da təşkil olunur. Bu il Bakı Tennis Akademiyasında yeniyetmə və gənclər arasında Avropa tennis turniri keçirilib. Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə iyunun 16-dan 24-dək qadınlar arasında keçirilən “Baku Cup” beynəlxalq turniri də uğurla başa çatıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı ilə tanış olublar. Bildirilib ki, burada idmançıların təlim-məşq toplanışlarına hazırlaşmaları, ümumiyyətlə idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq və idman qurğuları quraşdırılıb.
Dövlətimizin başçısı turnikdə dartınıb.
Dövlətimizin başçısı və xanımı Bakı Tennis Akademiyasındakı üzgüçülük hovuzunda yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, hovuzun uzunluğu 25, eni 16 metrdir. Bundan əlavə, Tennis Akademiyasında aerobika bölməsi və SPA mərkəzi də idmançıların istifadəsinə verilib.
Bildirilib ki, ərazidə abadlıq işləri aparılıb, yaşıllıq zolağı genişləndirilib.
Prezident İlham Əliyev inşaatçıları və Tennis Akademiyasının kollektivini təbrik edib.
Dövlət başçısı İlham Əliyev söyləyib ki, Azərbaycanda idmanın bütün növləri inkişaf edir: “Ancaq idmanın tennis növünün xüsusiyyəti ondan ibarətdir ki, dünya miqyasında çox böyük marağa layiq olan bir idman növüdür. Beynəlxalq yarışlar, müxtəlif ölkələrdə keçirilən yarışlar geniş auditoriyaya malikdir. Milyonlarla insan bu yarışlara baxır”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

