Bakı Metropoliteninin inkişafında yeni mərhələ...
01.07.2011 [06:02]
Azərbaycan hazırda dünyanın sürətlə inkişaf edən dövlətlərindən biri kimi tanınır. Bu yüksək tərəqqinin, misilsiz yüksəlişin əsasında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası dayanır. Məhz son 8 ildə qazanılmış uğur və nailiyyətlər dövlətimizin başçısının böyük istedad və fenomenal təşkilatçılıq qabiliyyətinin, səfərbəredici gücünün nəticəsidir.
Prezident İlham Əliyev fəaliyyətilə Ulu öndərimizin ideyalarının gerçəkləşməsini təmin etməklə yanaşı, onları müasir dövrün tələblərinə uyğunlaşdıraraq, mahiyyətcə daha da zənginləşdirir və təkmilləşdirir. Nüfuzlu ekspertlərin də qeyd etdiyi kimi, dövlətimizin başçısının son illərdəki fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının işlək mexanizmlər əsasında reallaşdırılması, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması, qlobal böhranın milli iqtisadiyyata təsirlərinin zəiflədilməsi ilə səciyyəvi olub.
Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 8 il paytaxtımızın ən populyar ictimai nəqliyyatının - metropolitenin inkişafında da yeni mərhələ kimi səciyyələnir. Bakı Metropoliteni fəaliyyət göstərdiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 23 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib.
Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına yeni metropoliten xətləri inkişaf etdirilib, “Nəsimi”, “Azadlıq prospekti” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı istismara verilib. “İçərişəhər” stansiyası tamamilə yenidən qurulub. Metronun “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında da inşaat işləri davam etdirilir.
Bütövlükdə, ictimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” əsasında reallaşır.
Qeyd edək ki, Bakı Metropoliteni öz maddi-texniki təminatına, müasir texnologiyalarla təchiz edilməsinə və sərnişinlərə göstərilən xidmətin səviyyəsinə görə dünyanın qabaqcıl metropolitenləri sırasına daxildir. Nəzərə alsaq ki, dünyanın 55 ölkəsinin 154 şəhərində metro var, Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerə layiq görülüb.
Metropolitenin maddi-texniki bazasının gücləndirilməsi, xüsusən, vaqon parkının genişləndirilməsi də diqqətəlayiq nailiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteni ayrılmış vəsait hesabına jeton sistemindən kart sisteminə keçib, qırx ildən artıq istifadədə olmuş turniketlər yeni müasir dizaynlı turniketlərlə əvəzlənib. çipkartın stansiyalarda qoyulmuş bankomatlarda bilavasitə sərnişinin özü tərəfindən doldurulması məsələsi də həll olunub.
Həmçinin, Prezident İlham Əliyevin tapşırığı ilə metronun təhlükəsizliyi, təxribat və terrorçuluq cəhdlərindən qorunması üçün ciddi tədbirlər görülüb. Stansiyalarımızın hamısı videomüşahidə qurğusu ilə təchiz edilib. Belə qurğular vaqonlarda da quraşdırılıb.
Əlbəttə ki, metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, Prezident İlham Əliyev bu qurumun işçilərinin çətin və şərəfli əməyini daim yüksək qiymətləndirir. Dövlət başçısının hər il noyabrın 8-də metro işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 28 oktyabr 2006-cı il tarixli Sərəncamı bu diqqət və qayğının bariz təzahürüdür. Son illərdə dövlətimizin başçısının fərmanları ilə Bakı Metropoliteninin bir qrup işçisi yüksək mükafatlara - “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, fəxri adlara layiq görülüb, əmək veteranlarından bir nəfərə Prezident təqaüdü təyin edilib. Prezident İlham Əliyev Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqlarının artırılması məqsədilə sərəncamlar imzalayıb. Bütün bunlar metropoliten işçilərinin işgüzarlığını, məsuliyyətini daha da artırır, onları daha böyük uğurlar qazanmağa ruhlandırır.
“Dərnəgül” stansiyasının açılışı zamanı çıxış edən Prezident İlham Əliyev söyləyib ki, növbəti stansiyaların açılışı 2013-cü ildə nəzərdə tutulur: “2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcəkdir və ondan sonra hər il biz yeni stansiyaların tikintisinə də nail olacağıq. Dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq vardır. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir”.
Bir sözlə, Bakı Metropoliteninin qarşısında böyük perspektivlər var və ölkənin sosial-iqtisadi inkişaf sürəti nəzərə alınmaqla hazırlanmış layihəyə əsasən, 2040-cı ilədək respublikamızın paytaxtında metro stansiyalarının sayının 68-ə çatdırılması nəzərdə tutulur. Hər ildə bir neçə metro stansiyasının tikilib istifadəyə verilməsi dövlət başçısının Bakı Metropoliteninin rəhbərliyi qarşısında qoyduğu mühüm vəzifədir və metro inşaatçıları dövlətimizin dəstəyi ilə bu vəzifəni uğurla yerinə yetirmək əzmindədir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58

