Milli siyasətin humanizm nümunəsi milli inkişafı və həmrəyliyi təmin edən faktor kimi
04.06.2011 [09:22]
Azərbaycan insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu demokratik ölkələrdəndir. Məlum olduğu kimi, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunması siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi demokratikləşmə siyasəti özündə məhz humanist prinsipləri ehtiva edib.
Təsadüfi deyil ki, Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə ictimai-siyasi proseslərdə və sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə nəticə etibarilə çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Sözügedən çoxşaxəli humanizm siyasətinin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq sosial münasibətlər sistemində iştirak edəcək cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən səmərəlilik dərəcəsinə görə olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da atılmaqdadır. Bunlardan birini də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar və amnistiya haqqında fərmanlar təşkil edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə təcəssümünü tapmış bu cür humanizm siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hələ 1995-ci ildə əfv və amnistiya təsisatlarının bərpa edilməsi, Ombudsman institutunun yaradılması, bunun ardınca cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zaman kəsiyində cəmiyyətə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına və reinteqrasiyasına fundamental töhfələr verdi. Bu isə ədalətli və sağlam təməllərə əsaslanan cəmiyyət quruculuğu işini sürətləndirən misilsiz amil kimi dəyərləndirilməlidir.
Bu gün isə özündə yüksək dəyərləri və normaları ehtiva edən humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməkdədir. Son olaraq bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən sayca 49-cu əfv Sərəncamının imzalanması bəhs edilən humanizm siyasətinin növbəti nümunəsi qismində çıxış etdi. Həmin sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 70 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 şəxs isə cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 6 şəxs müvafiq cəzadan, islah işləri cəzasına məhkum edilmiş iki şəxs isə cəzalarının çəkilməmiş hissələrindən azad ediliblər.
Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsini təşkil etməkdədir. Bu, öz növbəsində dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilməlidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

