/ / Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi Fransa ictimaiyyətində böyük maraq doğurub
Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi Fransa ictimaiyyətində böyük maraq doğurub
22.04.2011 [09:32]
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 20-də yenidən tarixi “Vandom” meydanında sərginin fəaliyyət göstərdiyi “Otel de`Eğvö”yə gəlib. ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu sərgini ziyarət edən məşhur rəssamlar və parisli sənətsevərlər Azərbaycanın birinci xanımını hərarətlə qarşılayıblar.
Bakıdakı Müasir İncəsənət Muzeyində sərgilənən bu əsərlərin Parisdə Fransa ictimaiyyətinə təqdim edilməsi qədim tarixə və zəngin milli mədəni dəyərlərə malik olan ölkəmizin tanıdılması və təbliği baxımından mühüm addım olub. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən diqqət bir daha təsdiqləyib ki, YUNESKO-nun xoşməramlı səfirinin fəaliyyəti hər zaman təqdir olunur və buna beynəlxalq miqyasda kifayət qədər ciddi maraq var. Bu sərgi bir daha təsdiqlədi ki, incəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard çalarlarla zəngin olan bu sərginin ekspozisiyasının yaratdığı ovqat daha bir reallığı ortaya qoyub ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət və qayğı göstərilib. ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, sənət adamları üçün azad yaradıcılıq imkanlarının təmin edilməsi istiqamətində müntəzəm surətdə həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirib. Təsadüfi deyildir ki, Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə, Rasim və Rəşad Babayevlər kimi məşhur fırça ustalarının əsərlərinin nümayiş olunduğu sərgi ölkəmizin mədəniyyəti və incəsənəti haqqında bu salona gələnlərdə dolğun təəssürat yaradıb. Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Tahir Salahov, Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov və Fazil Nəcəfovun əsərlərində paytaxtımızın və insanlarımızın xarakteri Qərb sənətsevərlərinə uğurla təqdim olunub.
Bir sözlə, Parisdə açılan “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi özünün ritmi, plastikası və forması ilə diqqəti çəkib. Parlaq və orijinal ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verib. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir arada təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurub.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən bütün tədbirlər Fransanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05

