/ / Azərbaycanda iş görmək üçün yaxşı şərait var, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur
Azərbaycanda iş görmək üçün yaxşı şərait var, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur
07.04.2011 [09:51]
Dünən Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın iştirakı ilə IV Azərbaycan-Yunanıstan biznes forumu keçirilib. Dövlətimizin başçısı Yunanıstan Prezidenti Karolos Papulyası qarşılayıb.
Biznes forumda hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 250-dək iş adamı iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək Yunanıstanın dövlət başçısı Karolos Papulyasın ölkəmizə rəsmi səfərinin uğurla keçdiyini, aparılan danışıqların və imzalanan sənədlərin iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb: “İqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün Hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Bu komissiya vaxtaşırı iclaslar, toplantılar keçirir və iqtisadi sahədə əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi məsələləri öz həllini tapır. Biz istəyirik ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr çoxşaxəli olsun. Prezidentin səfəri çərçivəsində bu məsələlər müzakirə olundu və əminəm ki, iş adamları da iqtisadi əlaqələrimizin inkişafına öz töhfələrini verəcəklər. Maraq doğuran sahələr arasında mən xüsusilə kənd təsərrüfatını qeyd etmək istərdim. Yunanıstanın bu sahədə çox böyük təcrübəsi vardır. Nəzərə alsaq ki, ölkələrimizin təbii şəraiti bir-birinə oxşayır, iqlim demək olar ki, bir-birinə çox yaxındır, Yunanıstanda kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər bizim üçün də çox maraqlıdır. Bizdə də kənd təsərrüfatına çox böyük diqqət göstərilir və ölkə qarşısında vəzifə qoyulub ki, Azərbaycan ərzaq təhlükəsizliyini tam şəkildə daxili resurslar hesabına təmin etsin. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə sahəsində işlərə başlanması üçün bu yaxınlarda müvafiq tapşırıqlar verilmişdir. Yunanıstanda isə bu sahə inkişaf edib və bizim üçün maraqlı olar ki, biz onun təcrübəsindən bəhrələnək. Hesab edirəm ki, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat, inşaat sahələrində qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələr qurmaq mümkündür. Xüsusilə mən energetika, neft-qaz sahəsində əməkdaşlığı vurğulamaq istəyirəm. Azərbaycan ilə Yunanıstan arasında bu sahədə əməkdaşlıq artıq bir neçə ildir ki, aparılır. 2007-ci ildə Azərbaycan qazı Yunanıstana nəql edilməyə başlamışdır. Dünən imzalanmış memoranduma əsasən, bu əlaqələr gələcəkdə daha da genişlənəcəkdir. Azərbaycandan Yunanıstana təbii qazın nəqlinin həcminin artırılması məsələləri öz həllini tapmalıdır. Gələcəkdə Yunanıstan Azərbaycan qazının nəqli üçün tranzit ölkə kimi öz imkanlarını təqdim etməyə hazırdır. Azərbaycan öz yanacaq resurslarını Yunanıstana nəql edir. Yəni bu sahədə əməkdaşlığın yaxşı nəticələri var. Hər iki tərəf etibarlı tərəfdaşdır və maraqlarımız tam şəkildə üst-üstə düşür. Biz zəngin qaz potensialımızı tam şəkildə realizə etmək üçün əlbəttə ki, yeni bazarlara çıxmalıyıq və ənənəvi bazarlarda mövqeyimizi möhkəmləndirməliyik. Hesab edirəm ki, Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün Azərbaycanın resursları öz rolunu oynaya bilər və bu məsələ ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında memorandum və bəyannamə imzalanmışdır. Azərbaycanın çox böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş ehtiyatlar 2,2 trilyon kubmetr səviyyəsindədir. Bu, minimum rəqəmdir. Biz hesab edirik ki, real rəqəm bundan artıq olacaqdır. Əminəm ki, gələcəkdə aparılacaq kəşfiyyat işləri bunu təsdiqləyəcəkdir. Hazırda Azərbaycanda qaz hasilatı 28 milyard kubmetr səviyyəsindədir. Bu, özlüyündə böyük rəqəmdir. Nəzərə alsaq ki, bizim daxili tələbatımız 10-11 milyard kubmetr səviyyəsindədir, ixrac üçün hazırda kifayət qədər imkanlar var. Növbəti illərdə on milyardlarla dollarla ölçülən investisiyalar qoyulacağını nəzərə alsaq, əlbəttə ki, qaz hasilatı ciddi şəkildə artacaqdır. Biz Yunanıstan şirkətlərini Azərbaycana dəvət edirik və şadam ki, onlar bizim dəvətimizi qəbul ediblər. Azərbaycanda iş görmək üçün yaxşı şərait var, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet məkanında, həmişə olduğu kimi, ön sıralardadır. Bizdə investorlar üçün yaradılmış şəraitdən xarici və yerli iş adamları bəhrələnirlər. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun 54 faizi daxili, 46 faizi isə xarici sərmayələrdir. Bu onu göstərir ki, hətta dünyada hökm sürən iqtisadi və maliyyə böhranı zamanı da xarici investorlar Azərbaycana sərmayə qoyulmasında maraqlıdırlar”.
Yunanıstan Prezidenti Karolos Papulyas bu tədbiri ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olmasının nümunəsi kimi göstərərək, Cənubi Qafqazda yüksək mövqeyə malik Azərbaycanın Yunanıstanla müxtəlif sahələrdə əməkdaşlığının böyük potensiala malik olduğunu deyib: “Bu onu göstərir ki, ikitərəfli əlaqələrimizdə, əməkdaşlığımızda böyük potensial mövcuddur. Biz çox şadıq ki, Azərbaycan, Azərbaycanın iş adamları bir çox layihələrdə bizim tərəfdaşlarımızdır. Hesab edirik ki, enerji, ətraf mühitin qorunması, telekommunikasiya, konsaltinq və bir çox digər sahələrdə uğurlar qazanmaq olar. Yunanıstanda ərzaq sənayesi, tikinti materialları, əczaçılıq sahələrində işlər görülə bilər. Enerji sektoru bizim təşəbbüslərimizin ən önündə gedən bir sektor olmalıdır və ola da bilər. Hesab edirik ki, bundan sonra neftayırma zavodları sahəsində müəyyən birgə layihələri həyata keçirə bilərik. Bu, bizim münasibətlərimizi daha da gücləndirər və bu əməkdaşlıqdan irəli gələrək, digər sahələrdə də iqtisadiyyatlarımızı möhkəmləndirəcək birgə layihələri həyata keçirə bilərik”.
Forumdan sonra prezidentlər İlham Əliyev və Karolos Papulyas Dənizkənarı milli parkda paytaxtın mənzərəsini seyr ediblər. Yunanıstan Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində dünən Milli Məclisdə olub, yunan diasporunun nümayəndələri ilə görüşüb. Həmçinin, Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasa Bakı Slavyan Universitetində BSU-nun fəxri doktoru diplomu təqdim olunub
Bununla da, Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

