Azərbaycan yeni çoxşaxəli islahatların astanasındadır
05.03.2011 [21:48]
Hazırda tam liberal bazar iqtisadiyyatına keçidi təmin etmiş Azərbaycan yeni islahatların astanasındadır. Respublikamızın müasir iqtisadi inkişaf yolu yeni çoxşaxəli islahatlar strategiyasına söykənir. Bu inkişaf konsepsiyası güclü və inkişaf etmiş dövlətin iqtisadi əsaslarının daha da möhkəmlənməsinə əsaslanır. Eyni zamanda, respublikamız ən yüksək inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini, innovasiyaları nəzərdən keçirir və tətbiq edir. Prezident İlham Əliyev bəyan edib ki, Avropanın ən inkişaf etmiş dövlətlərinin meyarları, texnologiyaları artıq iqtisadiyyatın bütün strukturlarında tətbiq olunmaqdadır: “İnkişaf etmiş ölkələrin meyarlarını bilirik. Hədəfimiz ondan ibarətdir ki, biz də inkişaf etmiş ölkəyə çevrilək. Mən hesab edirəm ki, burada ilk növbədə, Avropa İttifaqına üzv olan ölkələrin təcrübəsi daha da dərindən öyrənilməlidir. Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli münasibətlərimiz çox yaxşıdır, səmərəlidir. Bu münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub, qarşılıqlı hörmət əsasındadır. Məncə, Avropa İttifaqının təcrübəsi dünyada ən qabaqcıl təcrübədir və orada istər iqtisadi sahədə, istər sosial müdafiə sahəsində, siyasi islahatlar sahəsində, mövcud olan meyarlar əlbəttə ki, ən yaxşı səviyyədədir. Biz o təcrübəni öyrənirik və öyrənməliyik ki, Azərbaycanda da bütün meyarlar inkişaf etmiş ölkələrdəki səviyyədə olsun”.
Yaxın illərdə ölkəmizdə yeni modernləşdirmə xəttinə uyğun olaraq innovasiyaların və yeni texnologiyaların tətbiqi, innovativ iqtisadiyyatın qurulması prosesi dərin xarakter alacaq. Azərbaycanın yeni iqtisadi modeli çoxşaxəli iqtisadiyyatın inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə əsaslanır. Bu modelin baza sütunları diversifikasiya siyasətinin dərinləşdirilməsi nəticəsində iqtisadiyyatda liberalizmin daha dərin xarakter almasından, innovasiyaların iqtisadi idarəetmədə möhkəmlənməsindən ibarətdir.
Hazırda ölkəmizin siyasi və iqtisadi reformalarında ana xətt sosial inkişafa təminat verən və vətəndaşların cəmiyyətdə yüksək sosial imkanlara malik olmasını təmin edən komponentlərdən ibarətdir. Bu isə yüksək gəlirli dövlətin güclü sosial islahatlar aparmaq iqtidarının və əzminin sayəsində mümkün olur. Sirr deyil ki, artıq dünya Azərbaycanı “orta gəlirli ölkələr” statusunda qəbul edir. Bu iqtisadi güc sözsüz ki, ölkənin və onun insanlarının yaxşı yaşayışının göstəricisini müəyyən edir. Bu siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın “orta gəlirli ölkələr” şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir. Məlumdur ki, “orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası var və burada adambaşına düşən milli məhsulun həcmi 17-18 min dollara çatdırılması əsas meyardır. ölkəmizdə hazırda hər nəfərə düşən üDM-in həcmi təxminən 10 min dollar təşkil edir. Yəni, ölkəmizin iqtisadiyyatının artım tempini 2 dəfə artırmaqla buna nail olmaq mümkündür. üDM-in həcmi təxminən 70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin gəlirləri isə 20-22 milyard manata bərabər olmalıdır.
Mövcud inkişaf meyilləri və sosial-iqtisadi proqnozlar Azərbaycanın yaxın onillikdə bütün bu strateji hədəflərə çatmasına tamamilə əsaslı zəmin yaradır. İllik iqtisadi artımın təxminən 6-7 faiz olması, maliyyə və makroiqtisadi sabitliyin indiki templə saxlanması, valyuta rezervlərinin il ərzində 5-10 milyard manat artması və digər makro amillər Azərbaycanın “orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalasına çatmasına baza yaradır. Yeri gəlmişkən, 1950-ci ildən sonra belə bir inkişafa yalnız 13 ölkə nail olub. Azərbaycan bu şkalada 14-cü ölkə olmaq üçün ən stabil və böyük əminlik doğuran dövlətdir. Azərbaycan yaxın onillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevriləcək. Neft gəlirləri ilə bərabər, qeyri-neft bölməsindən əldə olunan gəlirlərin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsi davamlı inkişafı daha da stimullaşdıracaq. Nəqliyyat, tikinti, rabitə və informasiya texnologiyaları, xidmət, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir və bu sahələr innovativ iqtisadiyyata keçidin təmin olunmasında başlıca vasitə olacaq. Bu mərhələdə investisiyaların həcmi 15-16 milyard manat səviyyəsində nəzərdə tutulur və həmin məbləğin 12,5 milyard manatını daxili investisiyalar təşkil edəcək. İnvestisiya portfelinin 80 faizinin yerli sərmayələrin payına düşməsi bir daha hökumətin yerli resurslar hesabına regionların simasını dəyişmək niyyətlərini şərtləndirir.
Azərbaycanın inkişaf modeli həm də bölgələrin tarazlı inkişafını təmin etməkdən ibarət olduğundan innovasiyaların tətbiqi də birbaşa regionlarla bağlıdır. Yəni, regionlarda həyata keçirilən işlər həm də yeni inkişaf onilliyinin tələblərinə uyğun ən yeni texnologiyalara əsaslanır. Beləliklə, 2013-cü ildən sonrakı dövrdə regionların sosial-iqtisadi inkişafında iqtisadiyyatın modernləşmə meyarlarını əks etdirən proqramlara daha çox üstünlük veriləcək. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tədbirlərin vaxtında və əhatəli şəkildə icra olunması, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası nəticəsində iqtisadiyyatın modernizasiyası, maliyyə-valyuta ehtiyatlarının artması hesabına makroiqtisadi dayanıqlıq potensialının yaradılması qarşıdakı illərdə regionların inkişafının daha da sürətlənməsinə təkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

