Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur
08.03.2011 [01:20]
Siyasi sabitlik və ümummilli inkişaf milli dövlətlərin həyata keçirdiyi rasional, praqmatik daxili və xarici siyasət kursunun qanunauyğun nəticələrindəndir. Təcrübi gerçəklikdir ki, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsidir (bir çox araşdırmaçılar bunu milli hökumətin keyfiyyəti kimi səciyyələndirir). Bu baxımdan, idarəetmə strategiyasını rasional və praqmatik prinsiplər, meyarlar və substratlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edildiyi və ardıcıl səciyyə daşıdığı subyektlər qismində çıxış edirlər. İdarəetmə strategiyasının səmərəliliyi dedikdə isə, təbii ki, iqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə ümummilli mənafeyin təmin olunmasına istiqamətlənmiş siyasi kursun həyata keçirilməsi sayəsində əldə edilmiş tərəqqi meyilləri və bunun əsasında duran effektiv nəticələr nəzərdə tutulur. Daha da dəqiqləşdirsək, vətəndaşların maddi rifah halının, həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülən fundamental tədbirlər-sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq səviyyəsinin artırılması, eləcə də, sosial-siyasi həyatın və təsisatların legitimləşdirilməsi, təsisatlanma prosesinin konstitusion əsasda reallaşdırılması, siyasi-hüquqi islahatların mütəmadi surətdə həyata keçirilməsi kimi təməl faktorlar ictimai-siyasi sabitliyin və ümummilli inkişafın qarantı qismində çıxış edir...
Yuxarıda sadalanan faktorları və meyarları nəzərə alaraq qeyd edə bilərik ki, bu gün Azərbaycan, sözün əsl mənasında, “sabitlik adası” kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın strateji vəzifələrini təşkil edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir...
Bunlarla yanaşı, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Bunu sübut edən bariz dəlillərdən biri budur ki, ölkəmizdə həyata keçirilən ümummilli və lokal səciyyəli seçkilər Azərbaycanın demokratik inkişafına mühüm töhfələr bəxş edən fundamental faktor qismində çıxış edir. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması və hüquqi dövlətin əsaslarının daha da möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir sözlə, dövlət tərəfindən həyata keçirilən siyasi-hüquqi islahatlar birmənalı şəkildə sabitlik mənbəyi qismində çıxış edir...
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

