/ / Prezident İlham Əliyev Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak edib
22.02.2011 [10:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak edib.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Zavodun ərazisi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, mebel hazırlanmasında geniş istifadə edilən MDF materialların istehsalında xammal - ağac materialları Rusiyadan vaqonlarla gətirilərək 50 min kvadratmetr sahəsi olan ağac deposuna boşaldılır və növlərinə görə çeşidlənir. Hazırda 3 növ ağacdan istifadə olunur. İstehsalın ilkin mərhələsi xammalın hazırlanmasıdır. Bu məqsədlə əvvəlcə ağac gövdələri qabıqdan təmizlənərək növbəti istehsal prosesinə ötürülür.
Qeyd edilib ki, indiyədək dünyanın müxtəlif ölkələrindən idxal edilən MDF materialları artıq Azərbaycanda ən yüksək keyfiyyətlə istehsal olunacaq.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesini izləyib, zavodun fəaliyyətindən bəhs edən filmə baxıb.
Bildirilib ki, 2006-cı ildə özəl investisiyalar əsasında təsis olunmuş AZMDF şirkətinin inşa etdirdiyi zavodun ərazisində ağac deposu, daşınma və qəbuletmə, əsas istehsal qurğuları, nümayiş zalı və inzibati ofis yerləşir. İstehsal prosesi doğrama, lifləmə, presləmə, cilalama, üzləmə sexləri və anbardan ibarətdir.
Qeyd edilib ki, zavodda Almaniyanın “Siemens” və Yaponiyanın “Mitsubishi” şirkətlərinin idarəetmə proqramları ilə təmin olunmuş müasir texniki avadanlıq quraşdırılıb. Keyfiyyətli məhsulun əldə olunması üçün müəssisədə ən son mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Zavodda kimyəvi-bioloji prosesləri həyata keçirən 3 min kubmetr həcmində xüsusi sutəmizləyici qurğu quraşdırılıb. Müəssisənin elektrik təchizatı üçün 100/10/0,4 kilovatlıq yarımstansiya fəaliyyət göstərir. Zavodun istehsal gücü ildə 85 min kubmetr plitə təşkil edir. Bu isə o deməkdir ki, AZMDF MDB məkanında və qonşu dövlətlər arasında bu profilli ən böyük zavoddur. Tam istehsal gücünə çatdıqda müəssisədə 500 işçi çalışacaq.
Bildirilib ki, texnoloji standartına uyğun gələn xırda hissələr lifin hazırlanması üçün yuyulma aparatına göndərilir. Yuyulma mərhələsində taxta qırıntıları tozdan təmizlənir və lifin hazırlanması üçün tam hazır vəziyyətə gətirilir. Texnologiyaya görə lifləmə prosesi ən önəmli mərhələlərdən biridir. Bu, ağac lifinin hazırlanması prosesidir. Yuyulmuş taxta hissələri rifaynerin şaquli çənlərinə göndərilir və burada buxara verilir. Rifaynerin çıxışında lifə sintetik yapışqan və parafin əlavə olunur. Yapışqanla qarışdırılmış ağac lifləri boruların içində isti hava ilə qurudulur. Ağac lifləri hələ çox yumşaq olduğu üçün ilkin presləmə üsulu ilə sıxılır, xalça formasına salınır və müvafiq ölçüdə kəsilir.
Dövlətimizin başçısına məlumat verilib ki, MDF istehsalı xətti tam kompyuterləşdirilib və avtomatlaşdırılıb. Operatorlar yalnız texnoloji parametrləri tənzimləyərək prosesə nəzarət edirlər.
Cilalama sexi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, məhz bu sex MDF materiallarının istehsalında xüsusi rol oynayır. Cilalama mərhələsində MDF plitələri dünya standartlarına cavab verən son yoxlama və sertifikatlaşma işlərinə hazır olur. Sonuncu istehsal mərhələsi isə hazır MDF plitələrinə zahiri yaraşıq verən üzləmə prosesidir. Burada MDF plitələri laminə olunur.
Hazır məhsullara baxan dövlətimizin başçısına məlumat verilib ki, MDF digər materiallardan bir sıra keyfiyyətlərinə görə fərqlənir. Beləliklə, yeni zavodun fəaliyyəti keyfiyyətcə xarici analoqlarından geri qalmayan yerli MDF materialları istehsal etməyə və bununla hazırlanan məhsulların indiyədək mövcud olan qiymətlərinin aşağı düşməsinə müsbət təsir göstərəcək.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

