Lütfi Zadə mənsub olduğu xalqın dostluq rəmzidir...
12.02.2011 [09:38]
Azərbaycan xalqı tarixin bütün dövrlərində yetişdirdiyi dahilərlə fəxr edə bilər. Mədəniyyət, incəsənət, ədəbiyyat, siyasət, elm, texnika və başqa sahələrdə öz sözünü demiş dahilərimiz həm də bir növ Azərbaycan xalqının dünyadakı siması, pasportu sayılır. Belə dahilərdən biri də bir neçə gün öncə 90 illik yubileyi qeyd olunan, dünya elminin ən böyük mogikanlarından sayılan, ən nəhayət qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan xalqının fəxri Lütfi Zadədir (Lütfi Rəhim oğlu Ələsgərzadə). Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) “Dostluq” ordeni ilə təltif edilib...
Kolumbiya universitetində müəllimliyə başlayan həmyerlimiz 1949-cu ildə doktorluq dərəcəsi alıb. Az müddət sonra artıq L.Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri və onların tətbiqi sahəsində ən tanınmış mütəxəssislərdən sayılırdı. 1965-ci ildə Kaliforniya universitetinin elektrotexnika kafedrasının müdiri vəzifəsində çalışan 44 yaşlı L.Zadə “Information and Control” jurnalında əsas əsərlərindən birini - qeyri-səlis çoxluqlara aid “Fuzzy Sets” məqaləsini çap etdirir. Böyük tarixi əhəmiyyətə malik bu iş bütün dünyada geniş rezonansa səbəb olur, elmdə yeni bir istiqamətə təkan verir. Alimin elmi araşdırmalarının əsasında belə bir fikir dururdu ki, təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. Son 30 ildə onun nəzəriyyəsi ən müxtəlif sahələrdə tətbiq olunub: məişət texnikasından tutmuş (qeyri-səlis məntiqli tozsoranlar, paltaryuyanlar), ta mürəkkəb texnoloji proseslərin (domna sobaları, atom enerji blokları) və dinamik obyektlərin (metro qatarları, avtomobillər, helikopterlər, robotlar və s.) idarə olunmasında qeyri-səlis idarəetmə modelinin tətbiqini xüsusi qeyd etmək lazımdır. Bu gün qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi artıq bütün dünya tərəfindən tanınır. Xüsusilə vurğulamaq yerinə düşər ki, L.Zadənin hər bir əsəri elm aləmində hadisəyə çevrilir. Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatla - “Honda” mükafatı ilə təltif olunub. L.Zadə nəzəriyyəsi Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. L.Zadə, eyni zamanda, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Azərbaycan xalqına müraciətində bildirmişdi ki, “xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər”.
Bu mənada Lütfi Zadə də elmi fəaliyyəti, alimliyi ilə yanaşı, bir azərbaycanlı olaraq mənsub olduğu mədəniyyəti, xalqı təmsil edir. Yəni, Lütfi Zadənin dünyada tanınması bir mənada həm də ölkəmizin tanınması deməkdir.
Hər bir azərbaycanlı öz dövlətinin inkişafı, xalqının haqq səsinin dünyada eşidilməsi üçün əlindən gələni etməlidir. Həqiqətən də bu Vətən hər bir azərbaycanlının Vətənidir. Necə deyərlər, hər kəs Vətənin daşı olmağı bacarmalıdır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

