Əsassız yoxlamaların aparılmasına qarşı sistemli tədbirlər görülür
07.02.2011 [10:21]
Hazırda ölkəmizdə azad sahibkarlığın inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin əsas məqsədi sahibkarların təşəbbüskarlığını artırmaqla onların ölkənin inkişafına dəstək vermək imkanlarını yüksəltməkdir. Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı öz növbəsində dövlətin stabil inkişafına müsbət təsir edir. Sahibkarlığın inkişafı üçün azad rəqabət mühitinin təmin edilməsi və özəl müəssisələrdə aparılan əsassız yoxlamaların ləğvi zəruridir. Buna görə də, müvafiq dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, əsassız yoxlamaların aparılmaması, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiya hallarına yol verilməməsi vacib şərtlər kimi qarşıya qoyulub.
Prezidenti İlham Əliyev dəfələrlə Azərbaycanda azad sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi və fiziki şəxslərə dövlət tərəfindən istənilən köməyin, hətta, siyasi dəstək göstərildiyini vurğulayıb. Yeri gəlmişkən, dövlət başçısı Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu məsələyə bir daha toxunub: “2011-ci ildə qarşıda duran vəzifələr aydındır. Biz bu ildə də iqtisadiyyatımızın inkişafını təmin etməliyik. Əminəm ki, iqtisadiyyatımız daha da artacaqdır. Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə, hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.
Onu da qeyd edək ki, dövlət qurumları vəzifədən sui-istifadə və korrupsiya hallarına qarşı mübarizəni gücləndirib. Bunu müxtəlif nazirlik və komitələrdə keçirilən iclaslar da təsdiqləyir.
Məsələn, maliyyə naziri S.Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması, həmçinin, qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara konkret tapşırıqlar verib: “Bütün yoxlamalar dövlət başçısının Fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır”.
Heç şübhəsiz, hazırda sahibkarlıq sektorunda narahatlıq yaradan əsas amillər sırasında əsassız yoxlamaların aparılması dayanır. Əsassız yoxlamalar korrupsiya və rüşvətxorluq hallarının yaranmasına rəvac verən amillərdən biridir. Ona görə də, əsasız yoxlamaların aparılmasına qarşı sistemli tədbirlərin həyata keçirilməsi həm də korrupsiya ilə mübarizə strategiyasının bir hissəsi sayıla bilər. Daxili bazarda inhisarçılığın qarşısını almaq, azad və bərabər rəqabətə əsaslanan sahibkarlığın inkişafına şərait yaratmaq məqsədilə, bu sahədə əsassız yoxlamalara son qoymaq üçün yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi də olduqca vacibdir.
Onu da qeyd edək ki, bu prosesdə təkcə dövlət deyil cəmiyyətin hər bir fərdi, hər bir sosial institut və qeyri-hökumət təşkilatları da yaxından və fəal iştirak etməlidir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

