Azərbaycanda yüksək siyasi mədəniyyət formalaşmaqdadır
08.01.2011 [09:18]
Azərbaycanda bütün sferalarda əldə olunan irəliləyişlər siyasi sahədə də mühüm nailiyyətlərin qazanılmasına şərait yaradıb. Davamlı siyasi islahatlar sayəsində respublikada demokratik prinsiplərə əsaslanan siyasi sistem formalaşıb. Azərbaycanda yaradılan azad siyasi şərait nəticəsində ölkədə siyasi baxışından asılı olmayaraq, hər bir siyasi partiya və partiya mənsublarının sərbəst fəaliyyətinə imkan yaradılıb. Bunun nəticəsi olaraq, Azərbaycanda plüralizm və çoxpartiyalılığa əsaslanan siyasi mühit formalaşıb. Bütün bunlar, yəni, mütərəqqi əsaslı siyasi islahatların aparılması, demokratiyanın bərqərar olması və dərinləşməsi yönündə dövlətin gördüyü işlər nəticəsində ölkədə stabil və şəffaf siyasi mühit formalaşıb. Bu isə, öz növbəsində, vətəndaşların siyasi mədəniyyətinin yüksəlməsinə, normal siyasi mübarizə ənənələrinin təşəkkül tapmasına gətirib çıxarıb. Xüsusən də, son dövrlərdə Azərbaycanda gedən ictimai-siyasi proseslər də onu göstərir ki, ictimai fəal qruplar siyasi mübarizənin daha çox dünyada qəbul olunan sivil vasitə və metodlarından istifadəyə meyil edir.
Yeri gəlmişkən, “Jurnalistlərin dostu” mükafatına layiq görülən Prezident İlham Əliyev həmin mükafatın təqdimat mərasimindəki çıxışında da bildirib ki, Azərbaycanda normal siyasi mübarizə şəraitinin formalaşması üçün ölkə rəhbərliyi əlindən gələni edir: “Azərbaycan iqtidarı siyasi mübarizənin aparılması qaydalarının təkmilləşdirilməsi sahəsində öz üzərinə düşən vəzifəni icra edir”.
Dövlət başçısının da qeyd etdiyi kimi, görülən işlərin nəticəsi olaraq ölkədə siyasi mübarizə əsasən mədəni formada aparılır: “Siyasi münasibətlər normal müstəvidə həllini tapır. Hesab edirəm ki, bunlar ölkəmizin gələcək inkişafı üçün çox vacib amillərdir”.
Qeyd edək ki, siyasi mübarizə mədəniyyətinin yüksəlməsinin ölkənin gələcək inkişafı baxımından əhəmiyyəti barədə dövlət başçısının fikirləri xüsusilə diqqətə layiqdir.
Məlum olduğu kimi, Azərbaycan sürətlə inkişaf edərək iqtisadi, siyasi, hərbi baxımdan regionda güclü bir dövlətə çevrilib. Bu isə Azərbaycanın güclənməsində maraqlı olmayan qüvvələrin narahatlığına səbəb olur. Belə xarici qüvvələr ölkədəki daxili sabitliyi pozmaq üçün müxtəlif yollara əl atırlar. Bunlardan ən geniş yayılan üsullardan biri isə ölkə daxilindəki müxalif qüvvələri ələ alaraq onların vasitəsilə qarışıqlıq, xaos yaratmaqdan ibarətdir. Bu üsuldan daha çox seçkilər dövründə istifadəyə cəhd edilir. Lakin mənsub olduğu partiyadan, siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş bilməlidir ki, ölkənin müstəqilliyi və milli maraqları hər şeydən üstündür. Hakimiyyətə gəlmək üçün ölkəyə düşmən qüvvələrin “yardım”ına sığınmaqla nəyəsə nail olmaq mümkün deyil. Elə respublikamızda keçirilən son seçkilər - 2010-cu il 7 noyabr parlament seçkisi göstərdi ki, ölkədə möhkəm əsaslara malik oturuşmuş siyasi sistem mövcuddur və seçkilərin şəffaf və ədalətli keçirilməsi, hətta müxalifət partiyalarının belə nəticələri normal qarşılamasına səbəb oldu. Bu isə o deməkdir ki, ölkədə əksər qüvvələr anlayır ki, demokratik bir mühitdə siyasi nüfuz qazanmaq və hakimiyyətə iddialı olmaq üçün elə demokratik yollarla da mübarizə aparmaq lazımdır. Bunun əksinə cəhd etməyin qarşılığı isə xalq qarşısında rüsvayçılıq və siyasi iflasdır.
Bildiyimiz kimi, Azərbaycanda bugünkü sabit siyasi mühitin formalaşmasının əsasında ölkə rəhbərliyinin və hakim partiyanın obyektiv fəaliyyəti dayanır. Dövlətin mətbuatın inkişafı sahəsində həyata keçirdiyi işlərdən də görünür ki, ölkə rəhbərliyi siyasi mövqeyindən asılı olmayaraq, mətbuat orqanları arasında heç bir fərq qoymur və onların inkişafına dəstək olmaqla həm də fikir plüralizmini dəstəkləyir. Bu yanaşma yuxarıda da qeyd etdiyimiz kimi, özünü seçkilər prosesində bütün namizədlərə yaradılan bərabər şərait şəklində də göstərir. Əminliklə demək olar ki, Azərbaycan dövləti demokratik inkişaf yoluna sadiqdir və ölkənin gələcəyi etibarlı təmin olunub. Prezident İlham Əliyevin də söylədiyi kimi, ölkə iqtidarı bu siyasəti bundan sonra da davam etdirəcək: “Deyə bilərəm ki, Azərbaycan dövləti və iqtidarı siyasi mübarizənin sivil, mədəni qaydalarla aparılması üçün bundan sonra da öz üzərinə düşən vəzifəni icra edəcəkdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

