Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib
11.12.2010 [11:39]
Əvvəlcə Prezident Dmitri Medvedevin adından MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə işçi nahar verilib.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Bu formatda keçirilən iclasın məqsədi gündəliyin özü, habelə onun bəzi məsələləri barədə fikir mübadiləsi aparmaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələrini müzakirə etməkdir. Bu, ilk növbədə MDB-nin səmərəliliyinin artırılması və onun inkişaf perspektivləri barədə məsələlərə aiddir.
Gündəliyə iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair, eləcə də təhlükəsizliyin təmin olunmasında və Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş 20 sənəd daxil idi.
Məhdud tərkibdə iclas başa çatdıqdan sonra dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra iclas öz işini geniş tərkibdə davam etdirib.
MDB Dövlət Başçıları Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclası açaraq əmin olduğunu bildirib ki, aparılan müzakirələr və əldə edilmiş razılaşmalar MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Rusiya dövlətinin başçısı deyib ki, humanitar əməkdaşlıq üzrə ikiillik plan qəbul olunub.
Azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanmasının gedişi məsələsi də müzakirələrin əsas mövzusu olub. Bildirilib ki, cari ilin sonunadək bu sənədin layihəsinin razılaşdırılması, gələn ilin birinci yarısında isə onun qəbul edilməsi nəzərdə tutulur. Sənədin imzalanması MDB-nin üzvü olan dövlətlərin ərazilərində ticarətin tamamilə liberallaşdırılması üçün müqavilə bazasının yaradılmasına kömək edəcək.
Bundan əlavə, iclasda MDB ölkələrində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü çərçivəsində və elm və innovasiyalar ili elan olunmuş 2010-cu ildə keçirilmiş tədbirlərin yekunları müzakirə olunub.
İclasda, həmçinin, 2020-ci ilə qədər MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlıq strategiyası müzakirə olunub. Bu sənəd ilk dəfədir ki, hazırlanır.
İclasda ənənəvi olaraq cinayətkarlığa, terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə qarşı birgə mübarizə tədbirləri proqramlarının layihələrinə dair fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Birliyin üzvü olan dövlətlərin ATƏT çərçivəsində siyasi əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətinə dair qərar layihəsini də müzakirə ediblər.
Müzakirələrdən sonra iclasın yekun sənədləri imzalanıb.
Daha sonra mətbuat konfransı keçirilib. Bildirilib ki, MDB-də sədrlik gələn ilin yanvarında Tacikistana keçəcək. MDB Dövlət Başçıları Şurasının növbəti iclası isə 2011-ci ilin sentyabrında Düşənbədə keçiriləcək.
Bununla da iclas işini yekunlaşdırıb.
MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri dünən başa çatıb.
Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

