Bakı Zirvə Görüşü Xəzəryanı ölkələr arasında çoxkomponentli əməkdaşlıq üçün zəngin baza yaradır
24.11.2010 [14:43]
Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü öz siyasi, iqtisadi məzmunu ilə mühüm əhəmiyyət kəsb edir. Tədbirdə müzakirə olunan məsələlər bölgədə sülhün, təhlükəsizliyin möhkəmlənməsi, birgə əməkdaşlığın genişlənməsi və qarşılıqlı əlaqələrin dərinləşməsi üçün dərin əsaslar yaratmış olur. Zirvə Görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ayrı-ayrılıqda səsləndirdikləri fikirlər Xəzər regionunun güclü əməkdaşlıq məkanı olduğunu təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Xəzəryanı ölkələr əsrlər boyu yaxın qonşuluq şəraitində yaşayıb və onlar arasında sıx dostluq, mehriban münasibətlər mövcuddur. Azərbaycan bütün dövrlərdə öz qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub və bu gün sahilyanı dövlətlərlə iqtisadi-siyasi əlaqələr ən yüksək səviyyəyə çatıb. Respublikamız bu istiqamətdə hər il yeni-yeni təşəbbüslərlə çıxış edir və bu təşəbbüslərin reallaşmasına nail olur. Bütün bu atılan addımlar sahilyanı ölkələr arasında siyasi, iqtisadi, sosial, humanitar, ekoloji, mədəni əlaqələri dərinləşdirməklə yanaşı, digər region dövlətləri üçün xüsusi örnək ola biləcək müsbət tendensiyanı formalaşdırır.
Bakıda keçirilən Zirvə Görüşündə Xəzəryanı 5 ölkənin dövlət başçıları tərəfindən imzalanan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş və Birgə Bəyannamə mahiyyət etibarilə siyasi məna daşısa da, həmin sənədlər əməkdaşlığın bir çox sferalar üzrə gücləndirilməsini nəzərdə tutur. Yəni, burada birgə təbii resurslardan istifadə, mineral ehtiyatların hasilatında qarşılıqlı təcrübənin tətbiq olunması, tranzit dəhlizlərinin imkanlarının səfərbər olunmasının gücləndirilməsi, ekoloji layihələrin həyata keçirilməsi və digər sahələr üzrə intensiv əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutan elementlər öz əksini tapıb. Göründüyü kimi, sahilyanı ölkələr arasında çoxkomponentli əməkdaşlıq üçün çox zəngin baza var və Bakı Zirvə Görüşü bu bazanı daha da möhkəmləndirdi.
Zirvə Görüşü bir daha təsdiq etdi ki, Xəzər dənizi geniş və hüdudsuz əməkdaşlıq məkanıdır. Azərbaycanın dövlət başçısının bildirdiyi kimi, Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir. Eyni zamanda, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun vurğuladığı kimi, bu gün Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir. Bütün bu fikirlər bir daha bu reallığı ortaya qoyur: Xəzər regionu dövlətləri dünyadakı digər sahilyanı ölkələrlə müqayisədə ən səmimi, dost və etibarlı tərəfdaşdırlar, onlar arasında uzunmüddətli, davamlı və faydalı birgə güclü əməkdaşlıq təmasları mövcuddur.
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində aparılan danışıqlar da son illər daha intensiv xarakter alıb və respublikamızın bu istiqamətdə səylərini gücləndirməsi öz mühüm nəticələrini göstərib. Azərbaycan Rusiya və Qazaxıstanla Xəzərin sektorlara bölünməsinə dair sazişi gerçəkləşdirməklə dənizin hüquqi statusu ilə bağlı bütün tərəflərin iştirakını nəzərdə tutan yekun sənədin imzalanmasına əsaslı zəmin yaradıb. Bu istiqamətdə aparılan işlər daha da sürətlənib və tərəflər sazişi imzalamağa çox yaxındırlar. Rusiya Prezidenti Dmitri Medvedevin qeyd etdiyi kimi, Bakı Zirvə Görüşü Xəzərin hüquqi statusu ilə bağlı irəliyə doğru yaxşı addımdır və tərəfləri sənədin imzalanmasına daha da yaxınlaşdırır. Qeyd edək ki, 5 sahilyanı ölkənin dövlət başçıları imzaladıqları Birgə Bəyannamədə Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işi davam etdirmək niyyətlərini təsdiqləyiblər. Birgə Bəyannamədə sahilyanı ölkələr Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlarını tanıdıqlarını bildirirlər. Eyni zamanda, onlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq niyyətlərini təsdiqləyiblər. Bu Konvensiya sahilyanı ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək baza sənədi olacaq. Beləliklə, mövcud reallıqlar və təşəbbüslər onu ehtiva edir ki, tərəflər Konvensiya üzərində işi bir il ərzində başa çatdırmaq iqtidarındadır. çox güman ki, gələn il sahilyanı ölkələrin dövlət başçılarının Rusiyada keçiriləcək Zirvə Görüşündə Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanacaq və uzun illərdir ki, həllini tapmayan bu məsələyə son nöqtə qoyulacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21

