/ / Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub
11.11.2010 [13:42]
Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə “Heydər Əliyev Mərkəzinin yaradılması haqqında” 2006-cı il 29 dekabr tarixli və “Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı əlavə tədbirlər haqqında” 2007-ci il 24 yanvar tarixli sərəncamlar imzalayıb. Heydər Əliyev Mərkəzi dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə yaradılır. Mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayacaq beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif konfransların, sərgilərin və görüşlərin keçirilməsinə imkan verəcək.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin xatirəsini əbədiləşdirəcək memarlıq abidəsi kimi ucaldılan bu Mərkəz müasir texnologiyalarla təchiz edilmiş salonları özündə birləşdirən çoxfunksiyalı və çoxşaxəli struktura malik olacaq. Heydər Əliyev Mərkəzinin memarı beynəlxalq müsabiqə komissiyası tərəfindən birinci yerə layiq görülmüş dünya şöhrətli “Zaha Hadid Architects” şirkətidir. Tikinti işlərini “DİA Holdinq FZCO” şirkəti həyata keçirir.
Layihəyə əsasən, Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissəni və iki yardımçı strukturu özündə birləşdirəcək. Mərkəzin başlıca tərkib hissəsi nadir əsərlər fonduna və ümumdünya məlumat vasitələrinə onlayn rejimdə giriş imkanlarına malik kitabxana və media mərkəzindən, milli və dünya təsviri sənət incilərinin nümayiş etdiriləcəyi sərgi-salonlardan, ölkəmizin tarixindən, mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərə aid muzey və mədəni irs mərkəzindən, min nəfərə yaxın tamaşaçı tutan konfrans zalından ibarət olacaq.
Yardımçı struktura isə mərkəzin iki girişi önündə yerləşən ümumi ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət göstərəcək 1250-yə yaxın avtomobilin dayanacaq parkı və infrastruktur obyektləri daxildir.
Dövlətimizin başçısına layihə əsasın
da görülən tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, layihəyə əsasən Mərkəzin inşa ediləcəyi ümumi ərazi 15,25 hektara bərabərdir. ümumi ərazinin 2 hektara yaxını əsas binanın və tikililərin yerləşdiyi torpaq sahəsi, 13,25 hektarı isə landşaft ərazisidir. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və vahid kompleks təşkil edən üç əsas strukturdan ibarət olacaq.
Kompleksin ümumi tikinti sahəsi 57 min kvadratmetr təşkil edəcək. Bu struktura 10.854 kvadratmetr sahəsi olan muzey və mədəni irs mərkəzi, 985 nəfərlik konfrans salonu, 27.880 kvadratmetr ərazisi olan çoxməqsədli zal və 12.920 kvadratmetr sahəyə malik kitabxana və media mərkəzi daxil olacaq. Bütövlükdə əsas binanın ümumi istifadədəki sahəsi 6.039 kvadratmetr olacaq.
Bildirilib ki, kitabxananın daxili ərazisi açıq olacaq, yalnız bir neçə yer arakəsmələr ilə əhatə ediləcək. Burada oxucuların və media mərkəzinin istifadəçilərinin fərdi və ya qrup halında məşğul olmaq imkanları olacaq. Buradakı bir sıra otaqların səs izolyasiyası sistemləri ilə təchiz olunacağı nəzərdə tutulur. ümumi sahəsi 10.854 kvadratmetr olan muzey və mədəni irs mərkəzi isə üç hissədən ibarət olacaq. Altı metr hündürlüyündə birinci hissədə XX əsr və müasir Azərbaycan incəsənəti qalereyası yerləşəcək. Müasir milli və dünya incəsənət əsərlərinin nümayiş olunacağı ikinci hissədə müvəqqəti, dəyişkən sərgi qalereyaları fəaliyyət göstərəcək. üçüncü hissədə isə Azərbaycan, xalqımız, tariximiz, dövlətçiliyimiz və mədəniyyətimiz barədə geniş yayımlanan bilgilər, habelə milli və digər kolleksiyaların nümayişi keçiriləcək qalereyalar yerləşəcək. Bu sərgilərin vahid blok təşkil edərək binanın ikinci mərtəbəsində yerləşəcəyi bildirilib. ümumi sahəsi 27.880 kvadratmetr təşkil edəcək sütunsuz, geniş və hündür konfrans zalı texniki və logistika baxımından Mərkəzin ən mürəkkəb hissəsidir. Konfrans zalında tədbir iştirakçıları üçün ayrıca giriş, nəqliyyatla təminat, səhnə və səhnəarxası rekvizitlərlə təchizatın asanlıqla reallaşdırılması, xidməti giriş, tikilinin arxa və ön tərəfləri arasında əlaqə, həmçinin əlillər üçün xüsusi giriş nəzərdə tutulur. Tamaşaçı oturacaqlarının sayı 1000-ə yaxın olacaq. Zal tamaşaçı və səhnə hissələrini, mətbuat mərkəzini, soyunub-geyinmə və dispetçer bölmələrini özündə birləşdirəcək. Bildirilib ki, avtomobil dayanacağının ümumi sahəsi 39.420 kvadratmetr olacaq. Mərkəzin yeraltı avtomobil dayanacaq parkının 4 qatdan ibarət olacağı və üzərində mənzərəli yaşıllıq zolağı, istirahət və əyləncə təyinatlı infrastruktur yaradılacağı və bu ərazinin insanların ümumi istifadəsində olacağı bildirilib.
Heydər Əliyev Mərkəzində tikinti prosesinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35

