/ / Prezident İlham Əliyev Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
09.11.2010 [09:36]
İnşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri və parametrləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, yenidən qurulan 4 zolaqlı yolun ümumi uzunluğu 17 kilometr, onun asfalt hissəsinin eni 15 metr, asfalt örtüyünün qalınlığı 23 santimetr, ayırıcı zolağın eni 5 metr, hər iki tərəfdə yol çiyinlərinin eni ayrılıqda 3,75 metrdir. Tikinti işlərinin sürətlə və keyfiyyətlə aparılması üçün bütün qüvvələr səfərbər edilib. Bu məqsədlə, əraziyə 200-ə yaxın xüsusi texnika, 300-ə yaxın işçi qüvvəsi cəlb olunub. Yolun yenidən qurulması prosesində təkcə yerli deyil, həm də xaricdən dəvət edilmiş mütəxəssislər çalışıblar.
Dövlətimizin başçısına məlumat verilib ki, yenidən qurulan və birinci dərəcəli kateqoriyaya aid edilən bu yol üzərində 10 yolötürücü və ümumi uzunluğu 9,5 kilometr olan 5 yol qovşağı inşa edilib. Qovşaqlar əsas avtomagistrallara, yaxınlıqdakı yaşayış məntəqələrinə və körpülərə çıxışları təmin edir. Bu isə avtomobillərin daha rahat və təhlükəsiz hərəkəti baxımından mühüm məsələdir. Piyadaların təhlükəsiz hərəkəti üçün bir ədəd piyada keçidi yaradılıb, tikinti zolağına düşən ərazidə su və kommunikasiya xətləri tamamilə yenilənib. Bu yolun istifadəyə verilməsi ilə avtomobillər, xüsusilə ağır tonnajlı yük maşınları Sumqayıt istehsalat sahəsinə və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi və əks istiqamətdə sərbəst hərəkət edə biləcək.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.
Sonra dövlətimizin başçısı İlham Əliyev yol inşaatçıları ilə görüşüb, onları təbrik edərək deyib: “Əvvəlki illərdə belə yol tikən bir dənə də şirkətimiz yox idi. İndi görün neçə şirkət yarandı. Şirkətlərimiz başqa ölkələrdə layihələri icra edirlər. Bax belə dövlət sifarişləri hesabına Azərbaycan şirkətləri böyüyür, güclənir, maliyyə resurslarını toplayır, həm iş yerləri açılır, həm də ki, bu investisiyalar gələcəkdə özü artıq xaricə qoyulur. Əgər Dövlət Proqramı olmasaydı, bu şirkətlər fəaliyyət göstərə bilməzdilər. Hər bir dövlət təkan vermək üçün gərək öz maliyyə resurslarını ortaya qoysun. Azərbaycanda yol-nəqliyyat infrastrukturuna son illərdə bir neçə milyard manat vəsait qoyulub. Bu, həm gözəllik yaratdı, həm də nə qədər iş yerləri açıldı, nə qədər şirkətlər yarandı. Onların hamısı böyüdü, gücləndi, Böyük maliyyə imkanlarına malik oldu. Bu şirkətlər investisiyaları Azərbaycana, xaricə qoyurlar. Bu, iqtisadiyyata təkan verir. Ona görə nəqliyyat sektoruna qoyulan vəsait, sadəcə olaraq yol hərəkətini tənzimləmək üçün, yaxud da ki, rahatlıq yaratmaq üçün deyildir. Halbuki bu, birinci növbədədir, eyni zamanda, iqtisadiyyata təkan verir. Belə işlər çox olacaqdır. Azərbaycanda bu sahədə çox işlər görülüb, yollar abadlaşıb. Amma gələcəkdə kənd yollarında, şəhərlərarası yollarda, magistral yollarda, yol qovşaqlarında görüləsi işlər çoxdur. İndi Bakı dairəvi yolunu açdıq. Sumqayıt dairəvi yolunu açdıq. Baxmayaraq ki, indi Bakını Sumqayıtla birləşdirən yol da çox gözəldir, biz onu genişləndirdik, abadlaşdırdıq. İndi yolkənarı bütün infrastruktur gözəlləşir, ağaclar əkilir. Buradan şimal istiqamətinə gedən beton yol da dünya səviyyəli yoldur. Ancaq buna baxmayaraq, Sumqayıt dairəvi yolu da tikildi. Bu, zonanın inkişafına böyük təkan verəcək, həm də daha rahat gediş-gəlişə şərait yaradacaqdır. Ona görə sizə bir daha təşəkkürümü bildirirəm, yaxşı işləmisiniz. Sizi təbrik edirəm və yeni uğurlar arzulayıram”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

