Azərbaycan Xəzərdə çoxtərəfli əməkdaşlığın möhkəmlənməsində maraqlıdır
03.11.2010 [09:34]
Xəzər regionu strateji mövqeyinə görə mühüm əhəmiyyətə malikdir. Qafqaz və Orta Asiya regionunun kəsişdiyi nöqtədə yerləşən Xəzər dənizində sabitlik və təhlükəsizliyin təmini həm Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran olmaqla beş sahilyanı ölkənin, həm də qonşu regionlardakı dövlətlərin maraqlarına cavab verir. Sahilyanı dövlət olaraq Azərbaycan da hər zaman Xəzərdə daimi sülh və sabitliyin tərəfdarı kimi çıxış edib. ölkəmizin bu yöndə gördüyü işlər göz önündədir. Bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq Azərbaycan Xəzərin əməkdaşlıq dənizinə çevrilməsinə nail olub. Belə ki, məhz Ulu öndər Heydər Əliyevin siyasətinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanması Xəzərdə beynəlxalq əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. Sahilyanı ölkələrlə yanaşı, dünyanın müxtəlif regionlarından olan dövlətlərin də bu əməkdaşlıqda iştirak etməsi bölgənin stabil və davamlı inkişafına möhkəm əsas yaradıb. Həyata keçən qlobal əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələri də bu siyasətin uğurlu nəticələridir. Bu gün Azərbaycanın səyi ilə Xəzərdə bir çox ölkələr əməkdaşlıq edir və bu əlaqələr bölgənin qlobal əhəmiyyətini dəfələrlə artırmaqla bərabər, region ölkələrinin Qərbə inteqrasiyasına da kömək edir.
Lakin bu əməkdaşlığa kölgə salmaq istəyən müəyyən qüvvələr də mövcuddur. Məlum olduğu kimi, Xəzərlə bağlı bir sıra mübahisəli məsələlər qalmaqdadır. Xəzərin statusu və təhlükəsizlik məsələlərinin təmini hələ də tam müəyyənləşməmiş olaraq qalır. Lakin Azərbaycan hər zaman bölgədəki mübahisəli məsələlərin həlli istiqamətində aktiv fəaliyyət göstərib. ölkəmizin bu məsələdə tutduğu obyektiv və konstruktiv mövqe Xəzərin statusunun müəyyənləşməsi prosesinə müsbət təsir göstərib. Belə ki, məhz Azərbaycanın səylərinə Rusiya və Qazaxıstanın da dəstək verməsi nəticəsində 2003-cü ildə üç ölkə öz aralarında Xəzər dənizinin dibinin milli sektorlar əsasında bölgüsü üzrə razılığa gəliblər.
Təsadüfi deyil ki, bu gün Rusiya Azərbaycanı Xəzər hövzəsindəki ən vacib tərəfdaşı hesab edir və bu strateji əlaqələr Xəzərin statusunun müəyyənləşməsi istiqamətində gedən proseslərə də müsbət təsir göstərir. Prezident İlham Əliyevin Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı zamanı çıxışında da bildirdiyi kimi, Xəzərin sülh və dostluq dənizi olaraq qalması üçün birgə fəaliyyət göstərmək lazımdır: “Biz birlikdə Xəzərin bundan sonra da sülh, dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma dənizi olaraq qalması üçün Xəzər regionunda çoxtərəfli fəal əməkdaşlığı təmin etməyə çalışırıq”.
Azərbaycan hər zaman olduğu kimi, indi də bu mövqeyinə sadiqdir. ölkəmiz Xəzərdə bütün tərəflər arasında hərtərəfli razılığın əldə olunması üçün ciddi səy göstərir. Bu yaxınlarda, Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri arasında keçirilən görüş bir çox məsələlərin razılaşdırılması və ortaq fikrə gəlinməsi istiqamətində çox mühüm irəliləyiş oldu. Xəzərdə təhlükəsizlik sahəsində sahilyanı dövlətlər arasında əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüş bu istiqamətdə əlaqələri tənzimləyəcək sazişin imzalanmasına doğru vacib addım idi. Azərbaycan beş sahil dövləti arasında yekun razılaşmanın əldə olunmasına doğru irəliləyən proseslərdə aparıcı rol oynamaqda davam edir. Bildiyimiz kimi, bu ayın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti keçiriləcək. Sahil dövlətlərinin rəhbərlərinin növbəti dəfə bir araya toplanacağı sammit Xəzərlə bağlı mübahisəli məsələlərin aradan qaldırılması üçün əlverişli imkan kimi dəyərləndirilir. İstənilən halda, bütün tərəflər və maraqlı qüvvələr anlamalıdır ki, yalnız qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və birgə fəaliyyət mühiti Xəzərdə sülh və təhlükəsizliyi tam təmin etmək gücündədir. Mübahisəli məsələlərin aradan qaldırılacağı təqdirdə bütün sahilyanı dövlətlər hərtərəfli faydalı əməkdaşlıqdan geniş şəkildə yararlana biləcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

