/ / Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
25.09.2019 [09:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Eqidius Navikas fəxri qarovul dəstəsinin qarşısından keçib.
Eqidius Navikas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev deyib: Sizi yenidən görməyimə şadam, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə sizə xoş günlər arzulayıram. Əminəm ki, Azərbaycanda çalışdığınız müddətdə bizim ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edəcək, yeni sahələri əhatə edəcək. Bizim ölkələr yaxşı tərəfdaşlardır, köhnə dostlardır, bir-birimizi çoxdan tanıyırıq və uzun müddət ərzində fəal əməkdaşlıq edirik. Yəqin ki, mənim sizin prezidentlərlə əlaqələrim barədə xəbərdarsınız. Cənab Adamkusla biz Bakıda da, Vilnüsdə də tez-tez görüşmüşük. Eləcə də Prezident Qribauskayte ilə də bizim çox yaxşı münasibətlərimiz olub. Belə ki, bizim əlaqələrimizin tarixi kifayət qədər müsbətdir. Ona görə də düşünürəm ki, münasibətləri irəli aparmaq üçün xeyli işiniz olacaq.
Əməkdaşlığın ənənəvi və yeni sahələri mövcuddur. Əlbəttə, ticari-iqtisadi əməkdaşlıq cəhətdən müəyyən işlər görülməlidir. Əmtəə dövriyyəsini artırmaq mümkündür. Ticari-iqtisadi əlaqələri artırmaq məqsədilə müəyyən işçi qruplar yaratmaq olar. Biz bütün digər istiqamətlərdə də ənənəvi əməkdaşlığı davam etdirmək, tərəfdaşlığı möhkəmləndirmək niyyətindəyik. Əməkdaşlıq həm də hansısa konkret nəticəyə yönəlməlidir. Sizə ölkəmizdə yaxşı günlər və Azərbaycanda fəal işləməyi arzulayıram.
Səfir Eqidius Navikas deyib: Çox sağ olun cənab Prezident. Mən, ilk növbədə, Sizə Litva Prezidenti cənab Nausedanın ən xoş arzularını, eləcə də Sizin Litvaya səfərinizlə bağlı dəvəti çatdırmaq istəyirəm. Əlbəttə, mənim üçün Azərbaycanda səfir olmaq böyük şərəfdir və bundan çox şadam. Mən, həmçinin çox şadam ki, artıq qeyd etdiyiniz kimi, dost münasibətlərin və əməkdaşlığın sanballı bazası, təməli var. Mən Bakıda olduğum müddətdə xalqlarımızın çox yaxşı, müsbət əlaqələrinin mövcudluğunu hiss etdim.
Səfir Azərbaycan və Litva arasında yüksək səviyyəli siyasi dialoqun məmnunluq doğurduğunu bildirib. Eqidius Navikas ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirib. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunub və ölkəsinin Avropa İttifaqının “Tvinninq” layihələri çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib.
Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişaf etdiyini, ötən müddət ərzində Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərini və özünün Avropa İttifaqının mənzil-qərargahına səfərini xatırladaraq Avropa İttifaqı üzv ölkələrinin bu əməkdaşlığın inkişafına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

