/ / Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
20.02.2019 [10:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun böyük tərkibdə Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə Türkiyənin bu gün dünyada bir-birinə ən yaxın ölkələr olduğunu deyən Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində keçirilən görüşlərin və müxtəlif səviyyəli qarşılıqlı səfərlərin dostluğumuzun daha da möhkəmlənməsi və iş birliyi üçün yeni sahələrin müəyyən edilməsi baxımından önəmli olduğunu deyib. Keçən il Rəcəb Tayyib Ərdoğanla həm Türkiyədə, həm Azərbaycanda və eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Türkiyə Prezidentinin iştirakı ilə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin təntənəli keçidini dostluq və qardaşlıq bayramı kimi dəyərləndirib. Prezident İlham Əliyev ötən ilin ölkələrimiz üçün eyni zamanda önəmli enerji layihələri olan TANAP-ın və “STAR” neft emalı zavodunun açılışı ilə də yadda qaldığını deyib.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyətini qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edərək, xalqımızın Ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük ehtiramla xatırlayıb. Türkiyəli qonaq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb və sürətli inkişafa nail olub. O, rəhbərlik etdiyi Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

