Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28.10.2017 [00:06]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin qarşısından keçib.
Lars Henrik Pira Perez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Azərbaycanla Qvatemala arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb və ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu, ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə maraqlı olduğu bildirilib.
Görüşdə, həmçinin Azərbaycanla Qvatemala arasında əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimizin bir-birini daha yaxından tanımasının və məlumatlandırılmasının zəruriliyi qeyd olunub.
Söhbət zamanı səfir Lars Henrik Pira Perez Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın günlərdə nəzərdə tutulan açılışı münasibətilə dövlətimizin başçısını təbrik edib.

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31