Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib
20.05.2016 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıyı qəbul edib.
Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisindən danışan dövlətimizin başçısı Belarusun bu sərgidə həmişəki kimi uğurla təmsil olunacağına, öz potensial və imkanlarını layiqli şəkildə nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə kənd təsərrüfatının fəal inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Belarus tərəfinin sərgidə nümayiş etdirəcəyi məhsulların Azərbaycanın müvafiq qurumlarının marağına səbəb olacağına əminliyini bildirib. Dövlətimizin başçısı ölkəmizdə kənd təsərrüfatının fəal şəkildə inkişaf etdirilməsi planları ilə əlaqədar olaraq bu sahədə istifadə edilən texnikaya tələbatın getdikcə artacağını vurğulayıb. Qısa zaman ərzində ölkəmizin Belarus Respublikası ilə kənd təsərrüfatı sahəsində uğurlu layihə həyata keçirdiyini bildirən Prezident İlham Əliyev birgə istehsal edilən məhsulların artıq ixrac olunduğunu deyib.
Ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirən Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıy Bakıya səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb. Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində çox işlərin görüldüyünü deyən Mixail Rusıy “Caspian Agro-2016” sərgisində təkcə Belarus istehsalı olan texnikanın deyil, eləcə də Belarus-Azərbaycan birgə məhsullarının nümayiş etdirildiyini məmnunluqla qeyd edib. Belarus Respublikası Baş nazirinin müavini Azərbaycanın kənd təsərrüfatı sahəsində qarşıya qoyduğu məqsədlərlə yaxından tanış olduğunu deyib. Mixail Rusıy bildirib ki, Azərbaycan hökuməti qarşısına ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və ixraca nail olmaq kimi çox vacib məqsədlər qoyub. Prezident İlham Əliyevin dəstəyi ilə bu il ölkəmizin müəssisələrində 2 min traktor istehsal olunacağını deyən Belarus Baş nazirinin müavini nəticədə Azərbaycanda kənd təsərrüfatı maşınqayırması kimi tam bir sənaye sahəsinin yaradılmasının önəmini qeyd edib. Birgə istehsal olunan texnikanın üçüncü ölkələrə ixracı üçün Azərbaycanın yaxşı tərəfdaş olduğunu deyən Mixail Rusıy məhsulların artıq Gürcüstana ixracına başlanıldığını vurğulayıb, gələcəkdə istehsal templərinin artacağına əminliyini bildirib.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

