Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ukraynanın birinci xanımı Azərbaycan xalçalarının nümunələri ilə tanış olub

Ukraynanın birinci xanımı Azərbaycan xalçalarının nümunələri ilə tanış olub

11.04.2009 [14:49]

Azərbaycanda səfərdə olan Ukraynanın birinci xanımı Katerina Yuşşenko dünən “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olub. Xanım Katerina Yuşşenkoya məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar verib, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildiriblər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayıb, hazırda 350 nəfərin çalışdığı bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat və sertifikatlara layiq görülüb. Müəssisədə yun və ipək saplardan istehsal olunan, işləmələrin incəliyi və yüksək sıxlığı, tərtibatın originallığı, milli koloriti ilə seçilən xalçalar bütün beynəlxalq standartlara cavab verir. İpləri boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır. Hörmətli qonaq qalereyanın zəngin eksponatlarına baxıb, boyama, toxuma prosesini maraqla izləyib, xalçaçı qızlarla səmimi söhbət edib. Ukraynanın birinci xanımı toxucuların köməyi ilə hanada toxunan original kompozisiyalı xalçaya bir neçə ilmə də vurub.

Paylaş:
Baxılıb: 1259 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30