Sumqayıtda ümumxalq səsverməsi yüksək fəallıqla müşayiət olunub
19.03.2009 [11:51]
Sumqayıt şəhər 43 saylı II Seçki Dairəsi ərazisində yerləşən 10 saylı seçki məntəqəsində proses olduqca şəffaf şəkildə irəliləyib. Məntəqədə vətəndaşlara azad şəkildə səs vermək üçün hər bir şərait yaradılıb. Məntəqənin sədri Maya Abdulova bildirib ki, seçkini müşahidə etmək üçün veb-kamera da quraşdırılıb. Dünən saat 17-də artıq 600-ə qədər seçicinin səs verdiyi məntəqədə heç bir problem yaşanmayıb.
43 saylı II Sumqayıt Seçki Dairəsinin 27 və 28 saylı seçki məntəqəsində də vəziyyət analoji olub. “Yeni Azərbaycan” təşviqat qrupunun müşahidəçiləri Nailə İsgəndərova və Emil Mütəllibov, “Davamlı İnkişaf Naminə” təşviqat qrupunun müşahidəçisi Lalə Məmmədova, “Hüquq və Demokratiya” təşviqat qrupunun müşahidəçisi Rəhim Adışirinov referendumun gedişatında heç bir qanun pozuntusuna yol verilmədiyini, prosesin şəffaf şəkildə inkişaf etdiyini dilə gətiriblər.
Həmin dairənin 23 saylı seçki məntəqəsində də seçicilər azad şəkildə referenduma çıxarılan məsələlərə öz münasibətlərini bildiriblər. Müşahidəçilər bütünlüklə prosesin demokratik və qanunauyğun şəkildə inkişaf etdiyini dilə gətiriblər.
Dairənin 25, 26, 3 və 2 saylı məntəqələrində də vəziyyət olduqca yüksək səviyyədə olub. Seçici fəallığı ilə müşayiət olunan prosesdə azad seçim etmək üçün seçicilərə bütün şərait yaradılmışdı.
41 saylı Sumqayıt I Seçki dairəsində də seçicilərin azad, şəffaf və ədalətli şəkildə referenduma çıxarılan məsələlərə münasibət bildirməsi üçün şərait yaradılmışdı. Dairənin 16 saylı seçki məntəqəsində müşahidə aparan Vətəndaş və İnkişaf Partiyasının müşahidəçisi Yaqut Nağızadə səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini deyib. Onun sözlərinə görə, prosesə heç bir kənar müdaxilə olmayıb. “Yeni Azərbaycan” təşviqat qrupunun nümayəndəsi Sitarə Abdulova da səsvermədə heç bir qanun pozuntusuna yol verilmədiyini bildirib. “Hüquq və Demokratiya” təşviqat qrupunu təmsil edən Kəmalə Mehdiyeva müşahidə apardığı seçki məntəqəsində seçicilərə qarşı hər hansı bir qanun pozuntusuna rast gəlmədiyini söyləyib. Şəxsi təşəbbüslə səsverməni izləyən Qafar Sultanov da seçkidə hər hansı bir qanun pozuntusuna yol verilmədiyini deyib.
Dairənin 19 və 20 saylı məntəqələrində də vəziyyət olduqca normal şəkildə inkişaf edib. 20 saylı məntəqədə seçkini müşahidə edən Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi Azər Eynullayev də səsvermənin olduqca şəffaf şəkildə keçirildiyini bildirib.
14 və 28 saylı seçki məntəqələrində də heç bir qanun pozuntusu qeydə alınmayıb. Məntəqədə müşahidə aparan nümayəndələr bildiriblər ki, günün ikinci yarısında olduqca yüksək aktivlik müşahidə olunub. İnsanlar böyük həvəslə məntəqələrə gələrək referenduma çıxarılan məsələlərə münasibət bildiriblər.
Sumqayıt 43 saylı seçki dairəsinin 2 saylı məntəqəsində də referendum uğurla keçib. Müşahidəçilərdən Tünzalə Həbibova və Esmira Mirzəyeva seçicilərin səsvermədə yüksək səviyyədə iştirak etdiklərini deyiblər. 3 saylı məntəqənin müşahidəçiləri Hidayət Mustafayev və Rəvanə Qurbanova da səsvermənin şəffaf məcrada inkişaf etdiyini bildiriblər.
Sumqayıt şəhərində seçkilərin azad, şəffaf şəkildə keçməsini şəhərdə müşahidə missiyasını həyata keçirən xarici ölkələrin müşahidəçiləri də təsdiqləyiblər. Şəhərin müxtəlif dairələrində müşahidə aparan belaruslu müşahidəçilər Vasili Buşçik və Natalya Buşnaya səsvermənin ədalətli və azad şəkildə baş tutduğunu önə çəkiblər. Onlar Sumqayıtda ümumxalq səsverməsində seçicilərin fəallığını yüksək qiymətləndiriblər: “Biz 17, 18, 23 və 33 saylı seçki məntəqələrində olduq. Hər yerdə xalqın öz iradəsini sərbəst ifadə etməsi üçün maksimum rahat şərait yaradılıb. Məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrinə məsuliyyətlə yanaşdıqları hiss olunur. İnsanlar məntəqələrə həvəslə gəlirlər, bəzi yerlərdə növbələr müşahidə olunurdu. Bütövlükdə bizdə referendumun gedişi ilə bağlı xoş təəssüratlar yaranıb. Biz bu işdə təsadüfi adamlar deyilik. Belarus Mərkəzi Seçki Komissiyasının üzvləri kimi, belə siyasi kampaniyanın keçirilməsinin bütün çətinliklərini bilirik. Ona görə də, xalqınızı belə yaxşı təşkil olunmuş ümumxalq səsverməsi münasibətilə təbrik edirik. Dövlətinizə və xalqınıza tərəqqi arzu edirik və bahar bayramı münasibətilə təbrik edirik”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

