Ölkədə YAP-la rəqabət apara biləcək siyasi qüvvə yoxdur
07.03.2009 [15:38]
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 15 illiyi tamam olub. Dünən bu münasibətlə rayon təşkilatının toplantısı keçirilib. Təşkilatın sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov partiya üzvlərini yubiley münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. A.Hüseynov bildirib ki, ulu öndərin qurucusu olduğu partiyanın təsis yığıncağı keçiriləndən sonra bölgələrdə onun yerli strukturları formalaşdırılmağa başlayıb. YAP-ın Qaradağ təşkilatı da 520 nəfərə yaxın üzvün iştirakı ilə yaradılıb. İndi isə 120 ilk təşkilatda 8600-dən çox üzv birləşib. Onun sözlərinə görə, təşkilatın sıralarının artmasının ciddi səbəbləri var: “Partiyamızın qurucusu ulu öndər Heydər Əliyevdir. Ulu öndərimiz bu partiyanı Azərbaycan xalqının gələcəyinin sual altında olduğu bir vaxtda yaradıb. Bundan sonra xalqın YAP-a axını gücləndi və müstəqil dövlətimizi məhv olmaqdan xilas etmək üçün Heydər Əliyevi ikinci dəfə hakimiyyətə dəvət etdi. Bu gün isə partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir”.
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Əlizamin Məmmədov çıxışında gənclərin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirib. YAP-ın sıralarına gənclərin axınının güclənməsi də dövlət başçısının həyata keçirdiyi siyasətin dəstəklənməsi ilə bağlıdır.
YAP fəalı Zaməddin Həmşəyev də ötən 15 ildə rayon təşkilatının uğurlu fəaliyyət göstərdiyini deyib. O, əminlik ifadə edib ki, təşkilat daim səmərəli fəaliyyət göstərəcək.
Toplantıda çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov partiyanın yaranma tarixi haqqında ətraflı məlumat verib. O, bildirib ki, YAP tarixi zərurətdən yaranan partiyadır. 1990-cı illərin əvvəlində ölkəmizin böhran içində olduğunu xatırladan K.Kərimovun sözlərinə görə, xalq vəziyyətdən çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü: “Amma bu yöndə xalqın təşkilatlanması üçün siyasi qurum yox idi. YAP yarandıqdan sonra isə insan kütlələrinin bu partiyaya axını başladı. Hamı Heydər Əliyevin ətrafına toplaşırdı. Qısa müddətdən sonra isə partiyamız hakimiyyətə gəldi. İkinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkəmizi böhrandan, parçalanmaqdan xilas etdi”. Hazırda Prezident İlham Əliyevin rəşbərliyi ilə partiyamızın sürətlə inkişaf etdiyini deyən K.Kərimov qeyd edib ki, dövlət başçısının fəaliyyəti xalq tərəfindən tamamilə dəstəklənir.
YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov çıxışında Heydər Əliyev kimi böyük şəxsiyyətin qurucusu olduğu partiyanın daim uğurlar qazandığını vurğulayıb: “YAP ulu öndər Heydər Əliyevin ətrafında yaranan partiyadır. Partiyamızın gücü də məhz bundadır. Təbii ki, 15 illik tarix Qaradağ təşkilatı üçün də şərəflidir. Bu təşkilat partiyanın Bakıda yaranan ilk yerli strukturlarından biridir. Təşkilatınıza gələcəkdə də böyük uğurlar arzulayıram”. Ş.Əsgərov vurğulayıb ki, YAP cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün bölgəmizin ən qüdrətli siyasi qüvvəsidir: “Partiyamızın qüdrəti güclü ideologiyaya və güclü Liderə malik olmasındadır”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də 15 illik yubiley münasibətilə YAP Qaradağ rayon təşkilatı üzvlərini təbrik edib. O, qeyd edib ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində YAP fəallarının özünəməxsus rolu var: “Hazırda partiyamızın 500 minə qədər üzvü var. YAP nəinki bölgənin, eyni zamanda dünyanın ən mütərəqqi, tanınmış siyasi partiyasıdır. Bu gün partiyamız bir çox ölkələrin nüfuzlu partiyaları ilə sıx əməkdaşlıq edir. Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Təbii ki, uğurlar YAP-ın nüfuzunu daha da artırır”.
“91-lər” hərəkatının üzvü Munis Bayramov da çıxış edərək partiyanın yaranma tarixindən danışıb və bu dövrün şərəfli tarix olduğunu vurğulayıb.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin üzvü Hüseyn İsrafilov çıxış edərək Azərbaycanda demokratik cəmiyyətin bərqərar olduğunu bildirib. çoxpartiyalı sistemin demokratiyanın göstəricisi olduğunu bildirən H.İsrafilovun sözlərinə görə, ölkədə 50-dən artıq partiyanın fəaliyyət göstərməsinə baxmayaraq onların heç biri YAP-la rəqabət aparmaq iqtidarında deyil. O, əmin olduğunu bildirib ki, gələcək illərdə partiyamız cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq. Sonda icra başçısı 15 illik yubiley münasibətilə YAP Qaradağ rayon təşkilatının 60 fəalını fəxri fərman və hədiyyələrlə mükafatlandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

