Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib

27.09.2014 [10:45]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib, iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 771 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31