Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

11.09.2014 [09:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün qarşılıqlı istəyin olduğunu qeyd edib. Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi və iqtisadi sahələrdəki kimi, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31