/ / Prezident İlham Əliyev Bakının Xətai rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev Bakının Xətai rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub
30.08.2014 [09:46]
Avqustun 29-da Prezident İlham Əliyev Bakının Xətai rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Son illərdə Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən ölkədə dövlət idarəçiliyi sistemində yeni metodların tətbiqi daha da genişlənib. Bununla əlaqədar olaraq dövlət orqanlarında çalışan əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Paytaxtın müxtəlif rayonlarının icra hakimiyyətləri üçün yeni binaların tikilməsi, mövcud olanlarda isə yenidənqurma işlərinin aparılması bu sırada mühüm yer tutur. Xətai rayon İcra Hakimiyyətinin binasında aparılan təmir və yenidənqurma işləri də həm əməkdaşların əmək fəaliyyətinin yaxşılaşdırılmasına, digər tərəfdən də əhaliyə daha keyfiyyətli xidmətin göstərilməsinə təminat verir. Xətai rayon İcra Hakimiyyətinin binasında yaradılan şərait bir faktı da təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Müasir memarlıq üslubunda yenidən qurulan bina rayonun görkəminə də xüsusi gözəllik verir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, bu inzibati bina 1979-cu ildə tikilib və o vaxtdan əsaslı təmir edilməyib. Beşmərtəbəli binada aparılan yenidənqurma işləri zamanı fasad tamamilə yenilənib. Əvvəllər ümumi sahəsi 2500 kvadratmetr olan binanın ərazisi genişləndirilərək 2875 kvadratmetrə çatdırılıb. Yenidənqurma işləri zamanı bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Girişdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Xətai rayonunda keçirilən tədbirlərdə iştiraklarından hazırlanan fotostend qurulub.
Prezident İlham Əliyev vətəndaşların qəbulu otağında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, dövlət başçısının “elektron hökumət”in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, İcra Hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin elektron formada qəbulu da reallaşıb. Rayonun hər bir sakini İcra Hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon İcra Hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər. 220 yerlik konfrans zalında İcra Hakimiyyətinin və rayonla bağlı tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Burada işıq, səs və digər müasir sistemlər quraşdırılıb. Bundan əlavə, bütün lazımi avadanlıqla təchiz olunan yeməkxana da istifadəyə verilib. Yeni inzibati binada işçilərin normal fəaliyyəti üçün geniş və hərtərəfli imkanlar yaradılıb. Otaqların hamısı müasir avadanlıq və inventarla təchiz olunub.
Müasir memarlıq üslubunda yüksək zövqlə yenidən qurulan binanın interyerində paytaxtın qədim görüntülərini əks etdirən fotolar vurulub. Kiçik konfrans zalında müxtəlif toplantıların keçirilməsi üçün hər cür şərait var. Əlli yerlik müşavirə zalındakı şərait də ən müasir tələblərə cavab verir. Operativ idarəetmə mərkəzindən rayon ərazisində yerləşən bütün tikililər barədə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil-istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir. İstehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılıb.
Binadakı şəraitlə tanış olan dövlətimizin başçısı daha sonra İcra Hakimiyyəti binasının qarşısında yaradılan parka baxıb.
Ötən ilin sonlarından başlayan təmir və yenidənqurma işləri zamanı ərazidə geniş yaşıllıq zolaqlarının salınmasına xüsusi fikir verilib. Bununla bağlı çoxlu dekorativ ağaclar əkilib. Burada yaxınlıqda yaşayan əhalinin istirahəti üçün bütün imkanlar yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42

