/ / Prezident İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası işləri ilə tanış olub
Prezident İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası işləri ilə tanış olub
25.07.2014 [10:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verib.
Bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. İlk Avropa Oyunlarına aid tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Burada çoxsaylı qonaqların, idmançıların və turistlərin qəbul edilməsi gözlənilir. Bu baxımdan gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə işlər uğurla davam etdirilir. Gölün Olimpiya Stadionunun yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunur. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması nəzərdə tutulurdu. Artıq bəndləmə işləri yekunlaşıb. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısı alınıb.
Göl üzərində ərazinin qərb sərhədini müəyyən edən səkkiz xətli magistral şose şəklində layihələndirilmiş bənd bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi yolu ilə birləşdiriləcək. Bu da öz növbəsində, şəhərin yol infrastrukturuna düşən yükü azaldacaq. Torpaq bəndin inşası cədvəl üzrə davam etdirilir və işlərin növbəti ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Eyni zamanda yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür. Layihə üzrə ilkin mərhələdə 2,8 milyon kubmetr həcmində çöküntünün 100 min kubmetrdən çoxu təmizlənib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Böyükşor gölünün cənub sahilində geniş abadlıq-quruculuq işləri aparılır, 16 hektara yaxın ərazidə park və yaşıllıq salınır. Gələn ilin birinci yarısında şərq sahil xətti boyunca Böyükşor bulvarının bir kilometrədək hissəsi salınacaq və buradan stadion ərazisinə keçid təmin olunacaq.
Bildirilib ki, Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişib.
Prezident İlham Əliyev layihənin ekoloji əhəmiyyətini yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45

