Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

14.06.2014 [10:40]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Qırğızıstan Jogorku Keneşinin (parlamentinin) sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekov Prezident Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının əhəmiyyətini vurğulayıb. Sonra Asilbek Jeenbekov Qırğızıstanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə parkın salınması ilə bağlı işlərin getdiyini məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyi qeyd olunub, ikitərəfli münasibətlərimizin iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən Zirvə toplantısının əhəmiyyəti vurğulanaraq Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının da əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 794 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31