Yaxın Şərqdəki vəziyyət Bakı ilə müzakirə olunur
19.03.2026 [12:45]
Son vaxtlarda Yaxın Şərq mövzusu, o cümlədən də fevralın 28-dən başlayan İran - Amerika Birləşmiş Ştatları (ABŞ) - İsrail müharibəsi dünya gündəliyinin mərkəzinə keçib. Diqqətçəkən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmi təmsilçiləri Yaxın Şərqlə bağlı müzakirələrdə Azərbaycanla, şəxsən Prezident İlham Əliyevlə məsləhətləşmələr aparmağa, Onun münasibətini öyrənməyə böyük önəm verirlər. Bu günlərdə dünyanın müxtəlif paytaxtlarından Bakıya, Prezident İlham Əliyevə edilən çoxsaylı telefon zəngləri bunu bir daha təsdiqləyir.
Növbəti belə telefon danışığı martın 17-də Prezident İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında olub. Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.
İlham Əliyevin qlobal liderliyi - Azərbaycanın artan beynəlxalq nüfuzu
Ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmilərinin böyük aktuallıq daşıyan qlobal məsələlərin, o cümlədən də Yaxın Şərqdə müşahidə edilən proseslərin müzakirələrinin Prezident İlham Əliyevlə aparmağa ehtiyac duymaları heç də təsadüfi deyil. Bu, ilk növbədə dövlətimizin başçısının qlobal liderlik keyfiyyətləri nümayiş etdirməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artması reallığının əyani təsdiqidir. Prezident İlham Əliyev milli səviyyədə xalqa arxalanan, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin edən fateh Lider kimi qəbul olunur.
• Ancaq İlham Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan miqyası ilə məhdudlaşmır, həm də qlobal məzmun kəsb edir. Artıq müxtəlif beynəlxalq platformalarda, beyin mərkəzlərində dünyada tanınan nüfuzlu siyasətçilər, ekspertlər tərəfindən Prezident İlham Əliyev qlobal proseslərdə fəal iştirak edən və həmişə də ədalət, çoxtərəflilik, beynəlxalq hüquq mövqeyindən çıxış edən lider kimi təqdim olunur. Bu günlərdə Azərbaycan Prezidentinin qlobal liderliyini təsdiqləyən daha bir xəbər gəlib. Söhbət ABŞ-ın milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafanonun “X”dəki hesabında etdiyi paylaşımdan gedir. Həmin paylaşımda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.
• Azərbaycan Prezidentinin qlobal səviyyəli lider kimi təqdim olunması bilavasitə Onun fəaliyyətindən qaynaqlanır. Hazırda dünyada selektiv yanaşmaların önə keçdiyi müşahidə edilir. Biz gücün nümayişini izləyirik. Prezident İlham Əliyevin isə dünya nizamı ilə baxışları tamam fərqli və aydındır. Dövlətimizin başçısı müxtəlif auditoriyalarda daim onu təşviq edir ki, bütün yanaşmalarda beynəlxalq hüquq təmin edilməlidir. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılmasının zəruriliyini dəfələrlə gündəmə gətirib. Onun möhkəm qənaətinə görə BMT TŞ mütləq qaydada genişləndirilməlidir.
Azərbaycan Prezidentinin qlobal liderlik keyfiyyətlərindən bəhs edərkən Onun beynəlxalq həmrəyliyin möhkəmlənməsinə verdiyi davamlı töhfələrin önəmini xüsusi qeyd edə bilərik. Məsələn, qlobal səhiyyə böhranı dövründə respublikamız özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmayıb. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının (QH) üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib.
Azərbaycanın xoş mərama əsaslanan Yaxın Şərq siyasəti
Azərbaycanın xarici siasəti çoxvektorludur və burada regional əlaqələrin inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə bildirib ki, heç bir ölkə qonşulardan təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Dövlətimizin başçısı XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bu tezisə bir daha diqqət çəkərək vurğulayıb: “Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub”.
Respublikamızın Yaxın Şərq siyasəti də sırf xoş mərama əsaslanır. Bəhs olunan regionun ölkələrinin böyük əksəriyyəti müsəlman dövlətləridir. Beləliklə, bizim cəmiyyətlərimizi, xalqlarımızı ilk növbədə tarix və mənəvi tellər bağlayır. Azərbaycanda İslam sivilizasiyasının qədim izləri var. Tarixi abidələr, ənənələr qorunaraq daha da zənginləşdirilir. Azərbaycan xalqı İslam etiqadı ilə qürur duyur. Eyni zamanda, ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Bunun təzahürü olaraq ölkəmizdə İslam Həmrəyliyi Oyunları böyük uğurla baş tutub. Respublikamız sıralarında çoxlu sayda müsəlman dövlətinin birləşdiyi Qoşulmama Hərəkatında (QH) yüksək fəallıq nümayiş etdirir. Ölkəmizin 2024-cü il dekabrın 19-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi ilə Azərbaycanın Yaxın Şərq siyasətində yeni bir səhifə açılıb. Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı respublikamızın yekdilliklə D-8-in üzvlüyünə qəbul edilıməsi İslam səkkizliyinin tarixində ilk genişlənmə idi. D-8-in ilk genişlənməsinin məhz Azərbaycanla edilməsi tam məntiqlidir. Bu qərar üzv ölkələr tərəfindən Azərbaycana göstərilən hörmətin ifadəsidir.
Son vaxtlarda Yaxın Şərqdə cərəyan edən ziddiyyətli proseslər fonunda ölkəmiz region ölkələri ilə əməkdaşlığını və zəruri hallarda dəstəyini davam etdirir. Xatırladaq ki, Azərbaycan Suriyada məlum hakimiyyət dəyişikliyindən sonra bu ölkəyə yardım əli uzadan ilk ölkələr sırasında yer aldı. Hazırda respublikamız Suriyanın enerji təchizatında pay sahibidir. Ölkəmiz həmçinin çətin dönəmdən keçən İrana mənəvi-siyasi-humanitar dəstəyini davam etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

