/ / Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü keçirilib
10.02.2026 [22:04]
Fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir. Biz elə indicə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, həmçinin regional inkişafı müzakirə etdik. İndi biz daha geniş kontekstdə dialoqumuzu davam etdirəcəyik.
Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.
Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Bir daha xoş gəlmisiniz.
x x x
Vitse-prezident Cey. Di. Vens dedi: Çox gözəl. Prezident Əliyev, bizi qəbul etdiyinizə görə Sizə və Sizin komandanıza təşəkkür edirəm. Burada ABŞ Hökumətinin ən parlaq nümayəndələrindən bəziləri əyləşib. Prezidentimiz Sizə öz salamlarını, xoş arzularını çatdırır və tərəfdaşlığınız üçün Sizə minnətdardır. Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qürur duyur, çünki o, Sizin ölkənizə, həm də Ermənistana heyrandır. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram.
Bilirəm ki, o, aranızdakı tərəfdaşlığa və dostluğa, rəhbər heyətlər və administrasiyalarımız arasında münasibətlərə görə çox minnətdardır. Burada olmaq çox xoşdur. Düşünürəm ki, bizim çox maraqlı söhbətlərimiz olacaq. Əlbəttə ki, biz Strateji Tərəfdaşlıq Xartiyasını imzalayacağıq və mən bunu səbirsizliklə gözləyirəm.
Bu, ötən il bir çox nailiyyətləri olan dostlar arasında baş tutan yaxşı bir görüşdür və hesab edirəm ki, növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
x x x
ABŞ-ın Vitse-prezidenti sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu.
Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı.
Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54

