35-ci Ali Səviyyəli Toplantıda nələr müzakirə olunub?
17.01.2026 [13:16]
İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlıq çərçivəsində 35-ci Ali Səviyyəli Toplantısı keçirilib. Toplantı “Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunub.
Yüksək səviyyəli beynəlxalq platforma çərçivəsində qlobal idarəetmənin gələcəyi, çoxtərəfli institutların dəyişən dünya nizamına uyğunlaşdırılması, iqlim böhranı və dayanıqlı inkişaf, süni intellekt və texnoloji transformasiya, sülh və təhlükəsizlik, humanitar çağırışlar, miqrasiya və qlobal səhiyyə, inklüziv iqtisadiyyatlar, qadınların liderlikdə rolu, həmçinin qlobal mənzil və şəhərsalma problemləri ilə bağlı geniş və əhatəli müzakirələr aparılıb. Eyni zamanda, müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumunun hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı məsələlər də müzakirə olunub.
Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçı - sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak ediblər. Açılış mərasimində BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya, Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Ngozi Okonjo-İveala, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Ərəb Liqasının sabiq Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev iştirak ediblər. Bununla yanaşı, açılış mərasimi çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqanın xüsusi müraciəti səsləndirilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında mövcud institusional əməkdaşlıq çərçivəsində hər il keçirilən bu ali səviyyəli toplantılar qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır. Bundan əvvəlki - 34-cü Ali Səviyyəli Toplantı da aktual mövzularla diqqət mərkəzində olmuşdu. Belə ki, sözügedən tədbir ötən ilin 23-26 sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub. “Multilateralizm dönüm nöqtəsində: Çağırışlar və sülhə aparan yollar” mövzusunda keçirilən toplantıda bir sıra ölkə rəhbərləri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə ediblər. Bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük tədbir hesab olunaraq 50-dən çox ölkədən yüksəksəviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki Baş nazirin iştirakı ilə keçirilmişdi.
Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər il keçirilən Qlobal Bakı Forumunun təşkilatçısı qismində də çıxış edir. Mərkəz bundan əlavə, digər beynəlxalq tədbirlərin təşkilatçısı və tərəfdaşı kimi iştirak edir. Buna nümunə olaraq, ötən il 14-15 dekabrda Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Foru7eni dövrünə doğru” şüarı ilə keçirilən foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi edib. Forum müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Mərkəzin önəmli tədbirlərə ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ona olan diqqətin ifadəsi kimi qiymətləndirilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

