Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Yaponiyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Yaponiyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

23.10.2013 [10:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Şusuke Vatanabe Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib. O, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan ilə yaxından tanış olduğunu və respublikamızdan xoş təəssüratla ayrıldığını deyib. Şusuke Vatanabe son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. Yaponiyalı diplomat ölkəmizdə milli adət-ənənələrin qorunması istiqamətində görülən işləri də yüksək dəyərləndirib.
Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfir Şusuke Vatanabeyə təşəkkür edib. Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdəki uzunmüddətli fəaliyyətinin önəmini qeyd edib. Dövlətimizin başçısı Yaponiyanın müxtəlif şirkətlərinin yeni layihələrlə bağlı ölkəmizlə fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31