Azərbaycan-Özbəkistan: Strateji müttəfiqliyin yeni mərhələsi
15.11.2025 [12:15]
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Özbəkistan və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında yüksəksəviyyəli münasibətlərdən bəhs edərək əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün təşəbbüslərin davam etdirildiyini xatırladıb. Dövlətimizin başçısı həyata keçirilən iqtisadi, investisiya, nəqliyyat, logistika layihələrinin geniş bir coğrafiyada dərin əməkdaşlıq və rifah körpüsü yaratdığını vurğulayaraq bu proseslərdə Özbəkistanın davamlı səylərini yüksək qiymətləndirdi. Bəyan olunduğu kimi iki dost və qardaş ölkə arasında əlaqələrin dinamikası ən yüksək səviyyəyə çataraq strateji müttəfiqlik zirvəsinə daxil olub.
Müttəfiqlik münasibətlərinin “Yol Xəritəsi”
Azərbaycan və Özbəkistan arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.
2025-ci ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Bu sənədələr Azərbaycan-Özbəkistan münasibətlərinin yeni inkişaf çağırışları əsasında yeni istiqamətlərini müəyyən edən konseptual baza deməkdir.
Hədəf ticari mübadiləni 500 milyon dollara çatdırmaqdır
Azərbaycan və Özbəkistan son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmasları daha da artırmaqdadır. Ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib. Dövlətimizin başçısının vurğuladığı kimi Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın hazırkı səviyyəsi və dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.
Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon dollar təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara çatıb. İmkanlar isə daha böyükdür, hədəf ticari mübadiləni 500 milyon dollara çatdırmaqdır.
Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığı koordinasiya edir
İqtisadi təmasların möhkəmlənməsində Hökumətlərarası Komissiyanın aktiv fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Komissiya perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşərək yeni layihələrin icrasının təşviqi üçün koordinasiyaedici rol oynayır. Habelə mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə Orta Dəhliz Azərbaycan və Özbəkistanı Mərkəzi Asiya bölgəsində mühüm tranzit ölkə qismində çıxış etməsini təmin edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması ölkələrimiz arasında tranzit daşımaların həcmini də artırıb. 2024-cü ildə daşınmaların həcmi 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. Bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirir və Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələrinə daha çox fayda gətirəcək.
Energetika sektorunda əməkdaşlığın inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir. Özbəkistan “Azərbaycan-Mərkəzi Asiya” “yaşıl enerji” dəhlizində də fəal yer alır. Ötən il Daşkənddə keçirilən forumda “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Memorandumun davamı kimi ilin sonunda 3 ölkə “yaşıl enerji” dəhlizinə dair saziş imzalayıb ki, bu beynəlxalq əhəmiyyətli hüquqi sənəd olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa formatının təsis edilməsinin hüquqi əsasını yaradıb.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti birgə sərmayələri təşviq edir
İki il əvvəl fəaliyyətə başlayan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin fəallaşdırılmasını təşviq etməkdədir. Həmçinin, ölkələrin işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafında vasitəşilik funksiyasını həyata keçirir, dövlət və özəl sektorun nümayəndələrini vahid platformada birləşdirərək onların qarşılıqlı sərmayə qoyuluşlarının istiqamətlərini müəyyənləşdirir. Fondun nizamnamə kapitalı layihələrə investisiya qoyulduqca artırılacaq və birgə müəssisə statusunda istehsal, emal, ixracyönümlü sahələrə daha çox dəstək verəcək. Əsas prioritet idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqidir ki, bu da hər iki ölkənin strateji maraqlarına uyğundur, çünki yerli istehsal qarşılıqlı mübadilə olunmaqla iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına da töhfə verəcək və başqa dövlətlərdən mal asılılığını azaldacaq.
Şirkətin strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşının olması şərtilə, qarşılıqlı maraq doğuran mövcud və yeni yaradılmış təsərrüfat subyektlərinin nizamnamə kapitalında minoritar payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarının və digər qiymətli kağızlarının əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı da nəzərdə tutulur ki, bu da şirkətə mühüm maliyyə institutu funksiyasının səlahiyyətlərinin verilməsi deməkdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

