Siyasi anlaşmadan qaynaqlanan strateji əməkdaşlıq...
03.10.2025 [10:51]
Azərbaycanla İtaliya arasında münasibətlər hər zaman çox yaxşı səviyyədə olub. Son illər isə bu münasibətlər daha da inkişaf edərək xoş niyyətə, qarşılıqlı inama əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu günlərdə isə İtaliya Prezidenti Sercio Mattarellanın respublikamıza növbəti işgüzar səfəri böyük uğurla baş tutub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. Dövlət başçıları hər iki ölkənin siyasi dairələrinin təmsilçilərinin, görkəmli elm adamlarının, və əlbəttə ki, tələbələrin iştirakı ilə baş tutan tədbirdəki çıxışlarında Azərbaycan-İtaliya münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluqlarını bildiriblər və əlaqələrimizin gələcəyinə nikbin baxışlarını ifadə ediblər.
Uzunmüddətli münasibətlər
Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq ilk növbədə yüksək səviyyədə olan siyasi anlaşmadan qaynaqlanır. Azərbaycan və İtaliya rəhbərliyinin siyasi iradəsi ortadadır - hər iki tərəfdən verilən bəyanatlar, dövlət başçıları səviyyəsində sıx təmaslar, intensiv hal alan qarşılıqlı səfərlər, hər iki ölkənin beynəlxalq platformalarda bir-birini dəstəkləməsi və praktiki müstəvidə atılan addımlar, birgə layihələrin icrası və s. bunu əyani şəkildə nümayiş etdirir. Ölkələrimiz arasında iki strateji tərəfdaşlıq sənədi mövcuddur. Onlardan biri 2015-ci ildə, “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” adlanan digəri isə isə 5 il bundan əvvəl imzalanıb. Qeyd olunan sənədlərdə ikitərəfli əməkdaşlığa dair müddəaların geniş spektiri öz əksini tapıb. Əlamətdar haldır ki, starteji tərəfdaşlıq sənədlərində əks olunan bütün müddəalar yerinə yetirilir və tərəflər bundan məmnundurlar. “İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır”, - deyə Prezident İlham Əliyev tədbirindəki çıxışında bildirib.
Hazırda dünyanın mənzərəsi arzuedilən deyil. Ayrı-ayrı regionlarda kataklizmlər baş verir, müharibələr alovlanır, bölücülük, irqçilik, ədavət meylləri güclənir. Bəşəriyyətin, sivilizasiyanın gələcəyi üçün son dərəcə təhlükəli olan proseslərin qarşısını necə almaq olar? Əlbəttə ki, qarşılıqlı anlaşma, dialoq. əməkdaşlıq yolu ilə. Dost ölkənin Prezidenti Sercio Mattarella çıxışında Azərbaycan-İtaliya münasibətlərini dünyaya nümunə olduğuna diqqət çəkərək vurğulayıb: “Ağır münaqişə və toqquşmalarla səciyyələnən hazırkı beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq edirik, nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində çalışırıq”.
Enerji dialoqunda böyük inkişaf
Azərbaycanla İtaliya arasında getdikcə intensivləşən enerji dialoqu ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyev İtaliya-Azərbaycan əməkdaşlığının energetika sahəsində böyük bir inkişafa yol açdığını xüsusi vurğulayıb. Azərbaycan karbohidrogen resursları ilə zəngin olan bir ölkədiir. İtaliya isə dünyanın 7-ci böyük iqtisadiyyatı sayılır və buna görə də ölkədə enerji daşıyıcılarına böyük tələbat var. Səmərəli enerji diplomatiyası təchizatçı ölkə olan Azərbaycanın və istehlakçı ölkə olan İtaliyanın maraqlarını ədalətli şəkildə təmin edir və bu uzunmüddətli əməkdaşlıqdan hər iki tərəf faydalanır. Hazırda respublikamızdan 14 ölkəyə mavi yanacaq tədarük olunur. Azərbaycanın enerji məhsullarının istehlakçıları arasında İtaliyanın payı daha böyükdür. Belə ki, Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdə dayanır.
Əlamətdar haldır ki, Azərbaycanla İtaliya arasında uzun illəri əhatə edən səmərəli enerji dialoqu yalnız ikitərəfli əməkdaşlığı əhatə etmir, bundan daha çox ölkə, bütövlükdə Avropa İttifaqı (Aİ) məkanı faydalanır. Deyə bilərik ki, iki dost ölkənin siyasi rəhbərliyinin qətiyyətli mövqeyi bu gün Avropa üçün vazkeçilməz ixrac marşrutu qismində çıxış edən Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasında həlledici amillərdən biri olub. Zamanında bir sıra dairələr Cənub Qaz Dəhlizinin, o cümlədən də onun mühüm qolu olan Trans Adriatik qaz boru kəmərinin inşasını əngəlləməkdən ötrü, necə deyərlər, dəridən qabıqdan çıxırdılar. Ancaq iki ölkənin liderlərinin siyasi qətiyyəti, uzaqgörənlik nümayiş etdirmələri bu müqaviməti tar-mar etdi və İtaliya ərazisində TAP-ın inşası ilə Cənub Qaz Dəhlizi layihəsi tamamlandı. “...İtaliya-Azərbaycan əməkdaşlığı, məsələn, energetika sahəsində böyük bir inkişafa yol açmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik, Avropa məkanı da. Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Təhsil sahəsində də bir nömrəli tərəfdaş
Azərbaycanla İtaliya arasında bərqərar olan strateji tərəfdaşlıq münasibətlərinin digər bir mühüm istiqaməti kimi təhsil sahəsində əməkdaşlığı göstərə bilərik. Bu sahədə əməkdaşlığın möhkəm təməli qoyulub və Bakıda Azərbaycan-İtaliya Universitetinin fəaliyyətə başlaması prosesə daha güclü təkan verilib. Birgə təhsil müəssisəsinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağına diqqət çəkən dost ölkənin dövlət başçısı Sercio Mattarella məmnunluq hissi ilə bildirib ki, bu təşəbbüsün həm rəmzi, nümunəvi mahiyyəti var, həm də o, əməkdaşlığımızın tacıdır.
Həqiqətən də söhbət heç də adi olmayan və kifayət qədər yüksək səviyyəsi ilə fərqlənən bir təhsil müəssisəsindən gedir. Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universitetinin Bakıda kampusunun yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq layihənin icrası uğurla təmin edilib. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. “Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin uğurları bunu deməyə əsas verir”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

