25-ci səfər...
02.04.2025 [10:03]
Şuşa yenidən dirçəlir
Uca dağlar qoynunda qərar tutan Şuşa adi bir yaşayış məntəqəsi deyil. Bu şəhərə başdan-ayağa xalqımızın ruhu hakimdir. Hər bir azərbaycanlı kimi, Prezident İlham Əliyev də Şuşaya xüsusi yanaşma sərgiləyir. Qalib sərkərdə İlham Əliyev İkinci Qarabağ müharibəsinin tarixi Zəfərimizlə başa çatmasından sonra mədəniyyət paytaxtımıza düz 25 dəfə səfərə gəlib. Dövlətimizin başçısının azad Şuşaya ilk səfəri 14 yanvar 2021-ci ildə baş tutub. Əlamətdar haldır ki, səfərlərin bir çoxunda birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də dövlətimizin başçısı ilə birlikdə olub.
Qədim şəhərin yeni növrağı
Məlumdur ki, dünyanın müxtəlif yerlərində özlərinin izlərini qoymaq, bununla da “qədim mədəniyyətə malik xalq” mifi yaratmaq ermənilərin köhnə xəstəliyidir. Onlar gecələr torpağı qazar, oraya özlərinin xaçlarını, baş daşlarını basdırar və sonra da “arxeoloji tədqiqatlar” aparıb həmin dəmir-dümürü, daş-kəsəyi üzə çıxarıb buranın onlara məxsus olduğunu aləmə car çəkərlər. Oxşar əməllər gözəgəlimli binaların divarlarına bəlli erməni izlərini yamaq etməklə də təkrarlanır. Erməni xislətinə, həmçinin gözəl Şuşamız da tuş gəlib. İşğal illərində mənfur düşmən burada daşı-daş üstə qoymayıb, hətta şəhərdəki abidələrimiz belə güllə yağışına tuş gəlib.
Postmüharibə dövründə isə Şuşamız sözün əsl mənasında quruculuq meydanına çevrilib. Burada erməni vandallarının törətdikləri dağıntıların aradan qaldırılması, şəhərin tarixi-mədəni simasının bərpa olunması məqsədilə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı işlər görülür. Qısa müddətdə Şuşada müasir şəhər infrastrukturunun qurulmasını hədəfləyən bir çox layihələr artıq tamamlanıb. Eyni vaxtda şəhərdə təsdiqlənmiş plan əsasında bir neçə yaşayış kompleksinin inşası uğurla davam etdirlir. Artıq şəhərə sakinlərin köçü də baş tutub. Həmçinin Şuşanın mədəni ənənələri də özünə qaytarılır. “Xarıbülbül” festivalı, Vaqif poeziya günləri bərpa olunub. Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada çoxsaylı xarici qonaqların iştirakı ilə rəngarəng tədbirlər keçirilib. Burada qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır. Bir sözlə, indi doğma ürəklərin hərarəti ilə isinən Şuşa yeni növrağını yaşayır.
Şuşada aparılan yeni tikinti işləri ilə tanışlıq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Tarixi Çöl Qala məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildən başlanılmışdı.
Qeyd edək ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə də tanış olublar. Məlumat verilib ki, bu küçədə ümumilikdə, müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var.
Hazırda Şuşa Müalicə-Sağlamlıq Mərkəzində də tikinti işləri yüksək standartlara uyğun səviyyədə davam etdirilir. Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Qeyd edək ki, bu məscidin təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü simvolizə edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:50
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00

