/ / Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
16.08.2012 [23:36]
Dünən Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verib ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Yenidənqurma işləri stadionun divarlarında da aparılıb, zədələnmiş hissələr bərpa olunub. Mövcud 29 min 870 oturacağı olan tribunanın bir hissəsi sökülüb və yerində yeni tribuna inşa edilib. Nəticədə oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilib. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb. Giriş hissədəki bağda da yenidənqurma işləri aparılıb.
Bildirilib ki, stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilib, drenaj və xüsusi isitmə sistemləri quraşdırılıb.
Diqqətə çatdırılıb ki, meydançanın ətrafındakı qaçış zolağı da yenidən qurulmuş, xüsusi örtüklə üzlənib. Stadionun işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülüb, yeni müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev yeni inşa edilmiş tribunada görülən işlərlə tanış olub. Bildirilib ki, tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb. üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub. Burada quraşdırılmış işıqlandırma dirəklərinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilib.
Qeyd edilib ki, stadionda tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülüb. Burada, həmçinin qonaqlara yüksək səviyyədə xidmət göstərmək üçün 205 nəfərlik restoran yaradılıb. Tribunada hər biri 10 nəfərlik 16 “baxış otağı” da inşa edilib.
Prezident İlham Əliyev stadionda görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08

