Azərbaycan öz xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir
13.08.2012 [23:09]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bir neçə gündən sonra bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcəkdir. Bu bayram ərəfəsində müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri ilə görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.
Təmsil etdiyiniz ölkələr ilə bizim çox sıx əməkdaşlığımız vardır. İkitərəfli formatda əlaqələr güclənir, genişlənir və demək olar ki, bütün sahələri əhatə edir. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayı ildən-ilə artır. Keçənilki görüşdə mən hətta demişdim ki, bir neçə ildən sonra bu masada artıq yer qalmayacaqdır. Yəni, bütün bunlar onu göstərir ki, doğrudan da, ikitərəfli formatda əlaqələrimiz güclənir, genişlənir və bu, bizi çox sevindirir.
Azərbaycan da öz xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Biz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin mövqeyini müdafiə edirik və bu qarşılıqlı dəstək bizi daha da gücləndirir.
Onu da qeyd etməliyəm ki, biz nəinki ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləşdiririk. Biz İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində quruma üzv ölkələrin dəstəyini daim hiss edirik. Birləşmiş Millətlər Təşkilatında qarşılıqlı dəstək çox əhəmiyyətlidir. Keçən il Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu seçkilərdə müsəlman ölkələrinin çox böyük rolu olmuşdur. 155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi, eyni zamanda, müsəlman aləminə olan hörmətin təzahürü idi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də biz daim müsəlman ölkələrinin dəstəyini hiss etmişik. Bu dəstək bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq hüquq normaları kobudcasına pozulur. ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri pozulmuşdur. Azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. Yenə də Xocalı soyqırımının rəsmən soyqırımı kimi tanınması müsəlman aləmindən başlamışdır. Xocalı soyqırımını soyqırımı kimi birinci Pakistan dövləti tanımışdır və buna görə biz qardaş ölkəyə minnətdarlığımızı bildirmək istəyirik.
Bildiyiniz kimi, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Missiyanın məruzəsində açıq-aydın göstərilir ki, bütün binalar, evlər, müqəddəs din ocaqlarımız ermənilər tərəfindən dağıdılmışdır. İşğal edilmiş ərazilərdə bütün müsəlman məscidləri ermənilər tərəfindən yerlə yeksan edilmişdir.
Biz Azərbaycanda İslam həmrəyliyinin güclənməsinə də böyük əhəmiyyət veririk. Xüsusilə, indiki zəmanədə buna daha da böyük ehtiyac vardır.
Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsini İslam aləmi tərəfindən bizə verilən böyük dəstək kimi qiymətləndiririk. Azərbaycanda gedən proseslərə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müsbət qiymətin verilməsi bizi daha da ruhlandırır. İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır.
Əlbəttə, biz çalışmalıyıq ki, bütün müsəlman aləmi daha da sıx birləşsin, qarşımızda duran problemlər həll olunsun, gələcəkdə bir-birimizə daha da böyük dəstək verə bilək. Biz istəyirik ki, bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq olsun, qan tökülməsin, vətəndaş müharibəsinə yol verilməsin.
Əfsuslar olsun ki, Azərbaycanda da müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi baş vermişdir. Bundan böyük faciə ola bilməz. Biz qardaş qanının axıdılmasına imkan verməməliyik.
Ərəb Liqasının Yaxın Şərqdə gedən proseslərlə bağlı mövqeyini, bildiyiniz kimi, Azərbaycan ilk günlərdən dəstəkləmişdir. Biz bu gün də bu dəstəyi veririk. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında da Ərəb Liqasının mövqeyini müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik.
Yenə də demək istəyirəm ki, biz bütün dövrlərdə, müstəqillik dövründə İslam ölkələri ilə daha da yaxın olmaq üçün səylər göstərmişik. Hesab edirəm ki, bu gün bu əməkdaşlıq ən yüksək səviyyədədir. Biz bir-birimizi bundan sonra da dəstəkləməliyik, bir-birimizə siyasi dəstək verməliyik.
Dünya miqyasında bəzi hallarda İslam haqqında qəsdən yayılan şayiələrə birgə mübarizə ilə cavab verməliyik. İslamı terrorla bağlamaq cəhdləri böyük günah və böyük cinayətdir. Biz buna qarşı birgə səylərlə daha da ciddi mübarizə aparmalıyıq. Terrordan ən çox zərər çəkən müsəlman xalqları olmuşlar.
Hörmətli səfirlər, mən bir daha sizi salamlayıram. Yenə də demək istəyirəm ki, əməkdaşlığımızın çox gözəl tarixi və gözəl gələcəyi vardır. Qarşıdan gələn müqəddəs bayram münasibətilə bir daha sizi və təmsil etdiyiniz xalqları təbrik edirəm”.
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Diplomat belə görüşlərin məhz Prezident İlham Əliyevin sayəsində xoş ənənəyə çevrildiyini deyib.
Qarşıdan gələn Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından dövlətimizin başçısına təbriklərini çatdıran səfir bu ayın müsəlman dünyası üçün kəsb etdiyi əhəmiyyətdən danışıb. Hulusi Kılıç ölkəmizin bu gün dünyada artan siyasi və iqtisadi nüfuzundan da bəhs edərək deyib: “Bu gün Azərbaycan yalnız regional deyil, eyni zamanda, beynəlxalq proseslərə, meyllərə bilavasitə təsir edən mühüm ölkələrdən birinə çevrilmişdir. Keçən il Azərbaycana edilən yüksək səviyyəli səfərlər silsiləsi və Azərbaycanda keçirilən əhəmiyyətli tədbirlər bunun bariz göstəricisidir. Biz Azərbaycanda iqtisadi və sosial sahələrdə davam edən uğurlu dinamik islahatlar prosesini və müsbət dəyişiklikləri səmimi diqqət və məmnuniyyətlə müşahidə edirik. Bu prosesin ən parlaq və inandırıcı sübutlarından biri isə hazırda dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın milli iqtisadiyyatının inkişafı istiqamətində dərin təsir bağışlayan nəticələr göstərməkdə davam etməsi və ölkədə həyata keçirilən infrastruktur layihələri təşkil edir. Təbii ki, bütün bunların arxasında düzgün və düşünülmüş iqtisadi islahatlar durur. Siz, cənab Prezident, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi islahatları müvəffəqiyyətlə davam etdirirsiniz. Azərbaycan xalqı artıq bu islahatların bəhrəsini görür”.
“Müsəlman ölkəsinin nümayəndəsi kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına böyük dəstəklə üzv seçilməsi bizə sonsuz qürur verir və bundan çox məmnunuq”, - deyən Hulusi Kılıç vurğulayıb ki, bu, Azərbaycan üçün müstəqilliyinin 20 illiyinə töhfə və dünya birliyi tərəfindən ölkəmizin böyük nüfuza malik olduğunun göstəricisidir. Səfir deyib: “Azərbaycanın humanitar sahədəki uğurlarının da miqyası çox böyükdür. Bu baxımdan Azərbaycan təmsilçilərinin “Eurovision-2011” mahnı müsabiqəsindəki parlaq qələbəsi bütün müsəlman dünyası üçün çox böyük hadisə olmuşdur. Bu ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda səmimi qonaqpərvərlik və yüksək təşkilatçılıq ilə keçirilməsi müsəlman dünyasını çox sevindirdi. Müsəlman ölkələrinin səfirləri və nümayəndələri olaraq Sizi bu müvəffəqiyyət münasibətilə təbrik edirik. Həmçinin Azərbaycanın İslam ümmətinin zəngin mirasının yenidən canlandırılması, inkişaf etdirilməsi istiqamətində intensiv təşəbbüslərini də məmnuniyyətlə qeyd edirik. Bunun ən bariz nümunəsi Azərbaycanda hər il keçirilən Beynəlxalq Muğam müsabiqəsidir. İslam ümmətinin nümayəndələri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün acısını, əzabını, sıxıntısını yaşamış azərbaycanlı qardaşlarımızın kədərini və üzüntüsünü paylaşırıq. Müsəlman ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq qətnamələrinin tətbiq edilməsi və beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, bütün qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması şərti və sülh yolu ilə həllində Azərbaycanı dəstəkləməsi təqdirəlayiqdir”.
Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksək dini tolerantlığın, sivilizasiyalararası dialoqun mövcud olduğunu bildirən türkiyəli diplomat ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının tədbirlərində fəal iştirakının, müsəlman dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətindəki təşəbbüslərinin və bu məsələdə əhəmiyyətli rol oynadığının şahidi olduğunu diqqətə çatdırıb.
Müasir dünyada ölkələrarası dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin önəminə toxunan Hulusi Kılıç görüşə görə Prezident İlham Əliyevə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından bir daha təşəkkürlərini çatdıraraq deyib: “Hörmətli Prezident, mübarək Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hamımız üçün çox mühüm olan ayda bu gün keçirdiyimiz görüş üçün Sizə bir daha ən dərin təşəkkürlərimizi bildiririk. Sizə fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan qardaş Azərbaycan xalqına və İslam dünyasına bərəkət, rifah, müvəffəqiyyət, xoşbəxtlik, güc və firavan həyat diləyirik”.
Prezident İlham Əliyev: çox sağ olun, təşəkkür edirəm.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

